Futbol üzrə Azərbaycan I Liqasının 4-cü turunda keçirilməli olan “İmişli” – “İrəvan” oyunu baş tutmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə PFL rəsmən açıqlama yayıb.
Qonaq komanda meydana çıxmayıb. Qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir.
“İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün oyunu boykot ediblər.
Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.