19:39 12.11.2023 353

“Xoş sözlərə layiq mübarizə idi” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gözlədiyimizdən də çətin sonluq oldu. Qola qədər oyun daha çox bizim nəzarətimizdə keçirdi. Penaltidən fərqləndik. Ondan sonra tədricən "Qəbələ" üstünlüyü ələ keçirdi. Sonda böyük qüvvə ilə irəli atıldılar. Hesabın həyəcanı futbolçuları daha çox müdafiədə oturmağa vadar etdi. Ancaq böyük təzyiq altında qol buraxmadan vacib üç xal qazandıq. "Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir. Aramızda keçən növbəti gərgin və maraqlı oyunlardan biri oldu. Kənardan çox müdaxilələr etdik ki, çox müdafiəyə oturmayaq. Oyunu necə başlamışdıqsa, elə də davam etmək istəyirdik. Ancaq rəqib riskə getdi. Dəyişikliklərdən sonra da böyük qüvvə ilə irəli atıldılar. Təhlükəli epizodlar olurdu, epizodların birində Lukoviç topu boş qapıdan çıxardı. Boşluqlar deməzdim, sadəcə rəqib riskə gedirdi. Bu dəqiqələrdə ya rəqibin boşluqlarından istifadə edib qol vurmalısan, ya da vaxt keçdikcə rəqibin hesabı bərabərləşdirmək şansı artır. Çünki gərginlik olur. Komanda üzərində basqı var və bu da nəticələrlə bağlıdır. Bu gün oyunda onu açıq-aşkar hiss edirdim. Hətta köməkçi məşqçilərimə bildirdim ki, birinci sırada olmaq komanda üzərində müəyyən basqı yaradır. Futbolçular 1:0-dan sonra sanki qorxub nəticəni qorumağa çalışdılar. Ancaq oyundan öncə və təhlillərdə də deyirik ki, üstünüksə, müdafiədə oturmağın mənası yoxdur. Bu, zərərdən başqa bir şey deyil. Lakin yenə də, müdafiəyə oturdular və amansızca mübarizə apardılar. Xoş sözlərə layiq mübarizə idi.

Bizim də, "Qəbələ"nin də heyətində ciddi problemlər var idi. Rəqibin 3-4 aparıcı futbolçusu çıxış etmirdi. Amma bu gün heyətlə bağlı şikayət edə bilmərəm. Çünki bu gün heyətimiz "Qəbələ"dən daha geniş idi. Amma ümumən zədəlilərimiz çoxdur, zədədən dönənlər də az deyil. Altı futbolçumuzun üç sarı vərəqəsi var. Qırmızı alan biz, çempionat bitdikdən sonra videotəkrarla cəzalanan biz, altı futbolçusunun üçünün sarı vərəqəsi olan biz...Qəbələdəki oyunda 100 faizli penaltimiz var idi. Bir çox mütəxəssis də bunu penalti kimi görürdü. Pyer Zebliyə olmayan qırmızı vərəqə verildi. Hakimlikdən çox danışmaq istəmirəm. Bu mövsüm hakimlərimizdə açıq-aşkar irəliləyiş var. Amma mənə qarşı yenə səhvlər olub. Həmişə ümumi, "Zirə"nin baş məşqçisi kimi yox, Rəşad Sadıqov kimi danışmağa çalışıram. Bu mövsüm hakimlərdə irəliləyiş var. Bəlkə də, səhvlər olub. Ancaq əvvəlki illərdə hər oyunda ciddi səhvlərlə qarşılaşırdıq. Bu matça hakimin təsirinin olduğunu düşünmürəm.

Filipe Paxtman zədədən sonra bərpa olub. 0:0 olanda meydana buraxmaq istəyirdik. Sonradan qol vurduq. Paxtman 35-40 dəqiqə oynamağa hazır deyildi. Qol vurduq deyə, onu saxladıq, başqa dəyişikliklər etdik. Hələ ki, orqanizmi 2-3 oyun ardıcıl əsas heyətdə oynamağa imkan vermir. Yəqin ki, onunla bağlı təmkinli olacağıq. Hacıağa Hacılı zədəlidir. O, keçmiş illərdə çox oynayıb, daim güvəndiyim oyunçudur. Mövsümün əvvəlində zədələndi və demək olar ki, bütün hazırlığı buraxdı. Avqustun sonlarında məşqlərə başladı. Müəyyən oyunlarda 15-20 dəqiqə oynayırdı. Son vaxtlarda yenə zədəli idi. Hər futbolçunun karyerasında müəyyən uğursuz period olur. Yəqin ki, o da indi bunu yaşayır. Yoxsa, Hacıağa bizim vacib oyunçularımızdandır. Səbirsizliklə tam sağalmasını gözləyirik. Hələ ki, fərdi məşqlərə başlamayıb. Ən azından 1 aydan sonra tam məşqlərə iştirak edəcək”.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X