23:59 24.12.2023 263

“Kuboku qazanmaq daha çətin olmalıdır” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandama təşəkkür etmək istəyirəm. Bu gün çox əzmkar mübarizə apardılar. Qarşımızda ən güclü "Qarabağ" var idi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə aparırdılar. Rəqibə qol epizodu verməmişdik. Top itkisinə yol verdik. Bu da "Qarabağ"ın sevdiyi məqamlardır. İkinci hissənin əvvəlində "Qarabağ" daha aktiv idi. Beynimizdə müəyyən dəyişikliklər hazırlamışdıq. 60-cı dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Təhlükəli hücumlar qurduq, sonluğu gətirə bilmədik. Futbolçularıma 18 turda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm.

"Turan Tovuz"la iki çətin oyun keçirdik. 4 gün ərzində çox güc sərf etdik. Sadəcə olaraq yorğunluq və qol buraxmağımız bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı.

Gedənlər barədə hər hansı fikrimiz yoxdur. Amma qarşıdakı günlərdə təhlillər olacaq. Komandaya futbolçular cəlb etmək istəyirik. Bu barədə rəhbərliklə danışıqlarımız olacaq. Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirilməlidir.

"Qarabağ" layiqli qələbə qazandı. Deyəcəyim sözlər "Qarabağ"la əlaqəli deyil. Ümumiyyətlə, Cavid Cəlilovun bizim oyunumuza təyin edilməsi düzgün deyil. Çünki "Sabah"la matçdan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də "Zirə"nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə  psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75-ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi və oyunçu meydandan ikinci sarıdan sonra qovulmalı idi. Dərindən təhlil etsək, qırmızı vərəqə də verilə bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Romaonun da İsmayıla qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçum etsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm, onu bu oyuna təyin etmək doğru deyil.

Hazırlıq keçməyə vaxt azdır. Tərəfdarıyam ki, çempionatda fasilə olmasın. Böyük çempionatlarda fasilələr çox olmur. "Qarabağ"ın fasiləyə ehtiyacı var. Amma biz 5 ay ərzində 18-19 oyun keçirmişik. Düşünmürəm ki, futbolçular yorulub. Onlara fasilə verməliyik ki, bayramı evlərində qeyd etsinlər. Vaxt azlığına görə burada hazırlıq keçmək daha yaxşıdır. Hava şəraiti imkan versə, fasilələrin müddətini azaldıb kubok oyunlarının sayını artırmaq lazımdır. Kuboka 1/4 finaldan başlamışıq. Düşünürəm ki, bu, düzgün deyil. 36 oyun keçirən komanda 4-cü yeri tutur, amma Konfrans Liqasına gedə bilmir. PFL bu barədə düşünməli, qruplar təşkil etməlidir. Kuboku qazanmaq daha çətin olmalıdır. Birinci Liqa ilə Premyer Liqa arasında uçurum var”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

31 May 2024
20:20

London nəhənginin iki forvardı klubu tərk edəcək

19:35

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

01 Yanvar 1970
04:00

04:00

04:00

18:44

A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

18:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

17:43

"Sumqayıt" hücumçusu ilə vidalaşdı

17:19

Azərbaycan Avropa çempionatına 4 atletlə qatılacaq

16:46

"Qarabağ" "Partizan"ın qapıçısına təklif göndərib? - AÇIQLAMA

04:00

04:00

16:28

Elmir Tağıyev növbəti mövsümə harada başlayacaq? 

16:11

Yassin Benzia milliyə çağırıldı

15:53

Vüsal Məsimov "Kəpəz"i bu kluba dəyişə bilər

15:35

"Sumqayıt" rekordunu yenilədi

15:21

"Roma" yeni transferini açıqladı

15:02

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər

14:48

Kvaratsxeliya Avropa nəhənginə "hə" dedi - "Napoli" 100 milyon istəyir

14:30

Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazandı

14:12

Aftandil Hacıyev "Turan Tovuz" rəsmiləri ilə görüşdüyünü təsdiqlədi

13:54

"Səbail" toplanış üçün bu ölkəni seçdi

13:36

Adıyev Qazaxıstan millisindən getdi

13:08

Rodrigesin "Barselona"ya keçidi alınmaya bilər - SƏBƏB

13:00

Azərbaycan Kuboku: Mətbuat konfranlarının və açıq məşqlərin vaxtı bilindi

12:50

AÇ-2024: Ukrayna artıq Almaniyadadır

12:31

Boatenq də İtaliya klubunu tərk etdi, Oçoa da

12:15

Mourinyu İstanbul nəhəngində - Bu gün rəsmən açıqlanacaq

11:41

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol milliləri Estoniyaya qarşı

11:22

"Neftçi" Fərrux Mahmudovu göndərdi

11:13

"Araz-Naxçıvan" 6 futbolçu ilə anlaşdı

10:55

Bellinqem London yolunda - Premyer Liqa klubu ilə danışıqlar başladı

10:36

Azərbaycan millisi Türkiyə ilə üz-üzə

10:18

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:00

AÇ-2024: Niderland millisi Almaniyaya 26 futbolçu ilə gedir

09:22

AÇ-2024: Almaniya "kisənin ağzını açdı" - Hər futbolçu bu qədər qazanacaq 

09:00

"Barselona" yeni məşqçilərini sifariş edə bilmədi

30 May 2024
23:24

Kavani milli ilə bağlı qərarını açıqladı

23:10

"Şamaxı" daha iki oyunçu ilə yollarını ayırdı

22:08

Rodriqo Mbappeyə görə "Real"dan gedir - İngiltərə klubuna keçmək isəyir

Facebookdan bizi izləməyi unutmayın.
X