12:50 14.02.2024 702

"Cütün favoriti "Braqa"dır, amma..." - "Zirə"nin portuqaliyalısı

“Zirə”nin portuqaliyalı futbolçusu Tiaqo Silva ölkəsinin “zerozero.pt” saytına müsahibə verib.

Fanat.Az-ın məlumatına görə, 23 yaşlı qolkiper həmyerlilərinə Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə üz-üzə gələcək “Qarabağ” barədə danışıb:

"Qarabağ" burada daha çox dominantlıq etməyi, meydanın rəqibə aid hissəsində oynamağı sevir. Avropadakı “Qarabağ” Azərbaycan çempionatındakından fərqlidir. Qitəmiqyaslı turnirlərdə fərqli futbol sərgiləyirlər.  Azərbaycan təmsilçisinin sürətli keçidləri olur. Çünki çox sürətli hücumçuları var. Boş mövqe tapsalar, bundan effektli şəkildə yararlanacaqlar”.

Silva “Braqa”nı favorit saydığını açıqlayıb: “Cütün favoriti "Barqa"dır. Amma "Qarabağ"la oyuna ciddi yanaşmalıdırlar. Asan olacağını düşünürlərsə, yanlışlığa yol verirlər. “Qarabağ”ın evdə uğurlu nəticə qazanmaq şansı çoxdur. Çünki “Braqa” Bakıya yorğun gələcək. Üstəlik, uzun yol qət edəcəklər. Azərbaycan komandası yanvardan bəri çox motivasiyalıdır. İlin əvvəlində onlarla yoxlama görüşü keçirdik, hələ o vaxtdan “Braqa” haqqında danışırdılar. Püşkatmadan bəri, yəni aylardır “Braqa” ilə oyunlara hazırlaşırlar”.

Qolkiper hava şəraitindən də danışıb: “Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an küləkli ola bilər. Bu da xeyli çətinliklər yaradır. Soyuqlara dözmək olur, amma küləklə mübarizə aparmaq çətindir. Elə oyunlarımız olub ki, topa zərbə vururuq, geri qayıdır. Belə hal yaşanarsa, matç cəlbedici olmayacaq. Həmin vaxta qədər havanın daha yaxşı olacağına ümid edirəm”.

Silvanın fikrincə, Ağdam təmsilçisi yüksək templə ayaqlaşa bilmir: “Düşünürəm ki, “Qarabağ” “Bayer Leverkuzen” ilə oyundakı kimi qapalı futbol sərgiləyəcək. Belədə, “Braqa” topla sürətli davranmalı olacaq. “Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyiblər. Top bir qapıçıdan digərinə sürətlə keçərsə, çətinlik çəkəcəklər. Portuqaliyada daha sürətli oyunlar keçirilir. Burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin oyunları olur. Amma digər komandalar çox qapalıdır və daha ləng çıxış edirlər. “Braqa” çempionatın ən yaxşı hücumçularından birinə sahibdir. “Qarabağ”ın müdafiəçiləri isə təkbətək mübarizə aparan rəqiblərə öyrəşməyiblər”.

Tiaqo “Qarabağ”ın ölkədaxili yarışlarda uğurunun əsas səbəbini sabitlikdə görür: “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır, ona hörmətlə yanaşmaq lazımdır. Biz isə sistemi bir az dəyişdik və indi onlarla mübarizə aparırıq. “Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm. Sadəcə, imkanları genişdir, daha sabitdirlər. Titul uğrunda mübarizə aparmaq üçün iki eyni səviyyəli heyətə malikdirlər. Bizdə nisbətən kasad heyət var”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandaların cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X