21:41 21.02.2024 325

“Qarşımızda çox güclü rəqib var, amma…” - Artur Jorje

Portuqaliyanın “Braqa” komandasının baş məşqçisi Artur Jorje “Qarabağ”a qarşı Bakıda keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis Azərbaycan klubu barədə xoş fikirlər səsləndirsə də, səfərə qələbə dalınca gəldiklərini bildirib: 

“İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir. Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik. "Qarabağ" isə oynamayıb. Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. "Braqa"nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır. Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır.

Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi. "Qarabağ"ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. "Qarabağ" həm güclü komandadır, həm də individual cəhətdən yaxşı oyunçuları var. Etiraf etmək lazımdır ki, orada "Qarabağ" üstün idi. Bu da hesabda öz əksini tapdı. Hətta ikinci hissədə bir periodda başımızı itirmişdik. Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq".

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandaların Portuqaliyadakı ilk duelində Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X