22:22 15.03.2024 222

“Bu qədər qol epizodu yaratdığımız yadıma gəlmir” - Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 27-ci turunun "Neftçi" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, komandasının 0:3 hesablı darmadağınına belə şərh verib:

“Oyunu iki hissəyə bölərdim. 3:0 darmadağın deməkdir. Bu hesab bir qapıya gedən, komandanın mərkəzi keçməməsi deməkdir. Amma biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Komanda ikinci hissədə diqtə etdi, dominantlıq göstərdi. Qol epizodlarımız çox idi. Heç bu qədər epizod yaratdığımız yadıma gəlmir. Sadəcə, keyfiyyət məsələsində geri qaldıq. İrəli baxmalıyıq. Təəccüblü olsa da, komandamın oyunundan, xarakterindən, hücumameyilli oynamasından razı qaldıq. "Neftçi" kimi böyük komandanı 90 dəqiqə ərzində təzyiqdə saxlamışıqsa, gələcəyə ümidlə baxmaq olar. Heç nə itirilməyib. Doqquz oyunluq marafonun finiş nöqtəsi var. Komanda ilə istədiyimiz yerlərə çatacağıq. Sadəcə asan qollar buraxırıq. Cərimə meydançasına atılan hər bir top bizim üçün faciəyə bərabərdir. Üçüncü qoldan danışmaq istəmirəm. "Neftçi"yə uğurlar arzu edib, təbrik edirəm. Qarşıdakı oyunlarımıza baxmalıyıq. Düzgün yoldayıq. Bütün oyunlarda keyfiyyətli futbol oynamağa çalışırıq. Alınır da.

Hər bir komandanın uğur qazanması üçün bəzi nüanslar çox vacibdir. Onların içərisində ənənə məsələsi var. "Neftçi" bu gün pis vəziyyətdə ikinci yeri tutanda, bəyənmirlər. Bu ənənədən xəbər verir. "Səbail" yenidir. Keçən il saman çöpündən tutub Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq. Yayda komanda 8-90- faiz yenidən quruldu. Futbolda üç nüans var: stabil heyət, stabil oyun və stabil nəticə. Bu üçü bir-birinə bağlıdır. Bizdə bunlardan biri hər zaman kənara çıxır. Stabilliyin olmaması zaman məsələsidir. Komandanın qarşısına qoyulan ən minimum vəzifə həll olunub, artıq iddialılar içərisindəyik. Oyunumuz var. "Səbail" futbol oynayır. Ən çox tam əmin olmadığım yer müdafiədəki oyunumuzdur. Onu düzəldə bilməmişik. Futbolçularım yaxşıdır. Zamanla onu da yoluna qoysaq...."Səbail" Azərbaycan çempionatında ən yaxşı futbol oynayan komandalardan biridir”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

Facebookdan bizi izləməyi unutmayın.
X