20:52 30.03.2024 1294

“Sabah” “Zirə”yə uduzdu, “Səbail”lə “Turan Tovuz” “sülh bağladı”

Misli Premyer Liqasında son dövrənin açılış turunun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, XXVIII turun ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Əvvəlcə "Səbail" "Turan Tovuz"u sınağa çəkib. Heç-heçə tərəflərdən heç birini qane etmirdi. Belədə hər ikisi ilk "üçlük"dən bir qədər aralanacaqdı. Son iki oyunda məğlub olan "Səbail" uğursuz gedişata son vermək əzmindəydi. "Turan Tovuz" isə 6 aylıq səfər sindromunu qırmağa çalışıb. Qərb təmsilçisi ötən ilin sentyabrından bu yana kuboku da nəzərə alsaq, 10 oyundur ki, rəqib meydanlarında qələbəyə həsrət idi. Komandalar bu matçın yekununda yenə heç-heçə ilə kifaytələniblər.

Günə Masazırda yekun vurulub. Turun mərkəzi oyununda "Sabah" ilə "Zirə" münasibətlərinə aydınlıq gətiriblər. Son 3 oyunda qazandığı qələbələrlə turnir mövqeyini xeyli yaxşılaşdıraraq 3-cü yerdə qərarlaşan Krunoslav Renduliçin komandası "Zirə" sınağından da qalib ayrılsa, əsas rəqiblərindən birindən aralanmış olacaqdı. Ancaq çempionatın ən etibarlı müdafiə xəttinə malik komandayla görüşdə bunu reallaşdırmaq asan olmayacaqdı. Rəşad Sadıqovun komandası mümkün məğlubiyyətlə azı iki pillədə aşağı yuvarlanaraq, 6-cı pilləyə geriləyə bilərdi.

Bu görüş qonaq komandanın qələbəsiylə yekunlaşıb. Nəticədə "Zirə" "Sabah"ı qabaqlayaraq 3-cü sıraya yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXVIII tur
30 mart 

“Səbail” – “Turan Tovuz” 1:1
Qollar
: Nuno Pedro, 21 - Fərid Nəbiyev, 45+4-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

"Səbail": 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
"Turan Tovuz": 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
 

“Sabah” – “Zirə” 0:1
Qol: Ruan Renato, 24.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Bank Respublika Arena”

Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Baş məşqçi: Krunoslav Renduliç.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı,  66. Pərviz Azadov, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X