11:34 30.03.2024 386

"Yeganə problemimiz qol vura bilməməkdir" - "Qəbələ"nin müdafiəçisi

"Qəbələ" ötən gün Premyer Liqanın XXVIII turu çərçivəsində "Neftçi" ilə qarşılaşdı. Doğma azarkeşləri önündə çoxsaylı qol epizodları yaratmasına rəğmən, 0:1 uduzan "qırmızı-qaralar" vəziyyətini bir qədər də ağırlaşdırdı.

Bu duruma məyus olanlardan biri də "Qəbələ"nin müdafiəçisi Murad Musayev idi. 29 yaşlı futbolçu oyundan sonra Fanat.Az-ın suallarını cavablandırdı.

- Oyun haqda təəssüratların necədir?
- Əhəmiyyətli oyun idi. Bizim üçün hər bir oyun önəmli, vacibdir. Bu gün hesab 5:1, 4:0 xeyrimizə ola bilərdi. Sadəcə, "Neftçi"nin bir epizodu oldu və qol vurdular. Bütün oyunboyu matça nəzarət bizim əlimizdə idi. Çox yaxşı oynadıq. Yeganə problemimiz qol vura bilməməkdir. Necə mübarizə aparıb oynadığımızı hamı görür. Sonuncu pillədə gedirik. Çətin vəziyyətdəyik.

- Bir epizodda komanda yoldaşın qol vurula bilməyəndə məşqçilər korpusuna dönüb üsyan etdin.
- Ola bilər belə olsun. Oyunun içində olan emosiyalar idi. Qol vurmaq istəyirik. Alınmır...

- Baş məşqçi soyunub-geyinmə otağında qaçırılan qol epizodlarına görə hansı iradları bildirdi?
- Məşqçi də onu deyir ki, qol vurmaq lazımdır. Oyunu udmaq istəyirsənsə, rəqibə çox qol vurmalısan. Çox təəssüf ki, biz onu bacarmırıq.

- Sonuncu pillədə olmağınız üzərinizdə psixoloji basqı yaradırmı?
- Təbii ki, psixoloji gərginlik var. "Qəbələ" böyük klubdur. Bu klubun futbolumuza verdiyi faydanı hamı bilir. Hər bir komandamızda bu klubun iki-üç yetirməsi oynayır. Mən 10 ildir bu klubdayam və komandanı belə görmək çox ağırdır. Bilmirəm necə olacaq. İnşallah, yaxşı olar.

- Oyun zamanı sanki əzələni dartdın...
- Mən onsuz da zədə ilə oynayıram, axsayıram. Problemim var. Oyundan öncə də yarımçıq məşq eləmişdim. Çalışdım nəsə edim, bu vəziyyətdə faydam toxunsun. 

- "Qəbələ" elitadan düşsə, komandada qalacaqsan?
- İnşallah, bu baş verməz. Çalışacağıq ki, əlimizdən nə gəlirsə, yaxşı nə varsa, klub üçün onu edək.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

31 May 2024
23:04

Azərbaycan yığması Türkiyəyə uduzdu

20:20

London nəhənginin iki forvardı klubu tərk edəcək

19:35

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

01 Yanvar 1970
04:00

04:00

04:00

18:44

A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

18:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

17:43

"Sumqayıt" hücumçusu ilə vidalaşdı

17:19

Azərbaycan Avropa çempionatına 4 atletlə qatılacaq

16:46

"Qarabağ" "Partizan"ın qapıçısına təklif göndərib? - AÇIQLAMA

04:00

04:00

16:28

Elmir Tağıyev növbəti mövsümə harada başlayacaq? 

16:11

Yassin Benzia milliyə çağırıldı

15:53

Vüsal Məsimov "Kəpəz"i bu kluba dəyişə bilər

15:35

"Sumqayıt" rekordunu yenilədi

15:21

"Roma" yeni transferini açıqladı

15:02

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər

14:48

Kvaratsxeliya Avropa nəhənginə "hə" dedi - "Napoli" 100 milyon istəyir

14:30

Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazandı

14:12

Aftandil Hacıyev "Turan Tovuz" rəsmiləri ilə görüşdüyünü təsdiqlədi

13:54

"Səbail" toplanış üçün bu ölkəni seçdi

13:36

Adıyev Qazaxıstan millisindən getdi

13:08

Rodrigesin "Barselona"ya keçidi alınmaya bilər - SƏBƏB

13:00

Azərbaycan Kuboku: Mətbuat konfranlarının və açıq məşqlərin vaxtı bilindi

12:50

AÇ-2024: Ukrayna artıq Almaniyadadır

12:31

Boatenq də İtaliya klubunu tərk etdi, Oçoa da

12:15

Mourinyu İstanbul nəhəngində - Bu gün rəsmən açıqlanacaq

11:41

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol milliləri Estoniyaya qarşı

11:22

"Neftçi" Fərrux Mahmudovu göndərdi

11:13

"Araz-Naxçıvan" 6 futbolçu ilə anlaşdı

10:55

Bellinqem London yolunda - Premyer Liqa klubu ilə danışıqlar başladı

10:36

Azərbaycan millisi Türkiyə ilə üz-üzə

10:00

AÇ-2024: Niderland millisi Almaniyaya 26 futbolçu ilə gedir

09:22

AÇ-2024: Almaniya "kisənin ağzını açdı" - Hər futbolçu bu qədər qazanacaq 

09:00

"Barselona" yeni məşqçilərini sifariş edə bilmədi

30 May 2024
23:24

Kavani milli ilə bağlı qərarını açıqladı

23:10

"Şamaxı" daha iki oyunçu ilə yollarını ayırdı

22:08

Rodriqo Mbappeyə görə "Real"dan gedir - İngiltərə klubuna keçmək isəyir

Facebookdan bizi izləməyi unutmayın.
X