Misli Premyer Liqasının XXIX turunda "Turan Tovuz"un qonağı olacaq "Sabah" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı futbolçumuz yoxdur. Kristian Sebalyos, Namik Ələskərov və Vinsent Till zədəli olduqları üçün oynamayacaqlar".
Qeyd edək ki, "Turan Tovuz" - "Sabah" qarşılaşması aprelin 6-da keçiriləcək. Oyun 16:00-da başlayacaq.
Nihat