11:50 09.04.2024 704

"Yeni AFFA rəhbərliyi ilə sağlam dialoq qurulmalıdır" - Tahir Süleymanov

AFFA-da hesabat-seçki konfransı keçirildikdən, federasiya rəhbərliyində 80-90 faiz dəyişiklik baş verdikdən sonra nisbi susqunluq yaransa da, futbol ictimaiyyəti, azarkeşlər arasında müəyyən ümidlər yaranıb. Nəyin necə olacağını zaman göstərəcək...

Uzun illərdən sonra "CBC Sport" kanalının "Bizim futbol" verilişində tamaşaçılarla səmimi ünsiyyət quruldu. Təşəbbüs göstərən, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. 

Bir proqram çərçivəsində ümumi futbolun problemlərini əhatə etmək mümkünsüzdür!

Belə müzakirələr davamlı olmalı, sözünü deyən müxtəlif ekspertlər, jurnalistlər futbolda çıxış yollarını göstərməli, faydalı fikirlərini ictimaiyyətlə bölüşməli, yeni AFFA rəhbərliyi ilə sağlam dialoq qurulmalıdır. Təbii, belə debatlarda subyektiv yanaşmalar da, obyektiv düşüncələr də olur... Əsas sonda müxtəlif yararlı fikirlərlə bağlı ortaq məxrəcə gəlməkdir!

Əsasən AFFA, klublar, infrastruktur, uşaq futbolu, hakimlik mövzusunu əhatə edən mövzularda vaxt çatışmazlığı səbəbindən tam dolğun fikirlər səsləndirmək obyektiv olaraq mümkün deyil...

Azərbaycan futbolu çətin durumdadır və bu məsələ illərdir ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Federasiyanı qəbul edənlər öz üzərlərinə çox böyük yük götürüblər. Məsuliyyət inanılmazdır! İnanmaq istərdim ki, yeni heyətdə təmsil olunanların hər biri bunu dərindən dərk edir və əməyini əsirgəməyəcək. Futbolun kompleks şəkildə sistemli hala salınması üçün ciddi işlər görülməli, addımlar atılmalıdır. İllər itirilib!

Bu illər ərzində təşkilatı məsələlərdən tutmuş, uşaq futboluna, infrastruktura kimi ekspertlər, funksionerlər, məşqçilər, komanda, media nümayəndələri, azarkeşlər tərəfindən Azərbaycan futboluna xeyir verə biləcək  kifayət qədər təkliflər irəli sürülüb. Təəssüf ki, AFFA-nın keçmiş ideoloqları məqsədli olaraq öz bildiklərini edib, təqdim edilən layihələrə dırnaqarası yanaşıb. Bu kimi hallara son qoyulmalıdır! 

Yaradılan şəraitə baxmayaraq, illərdir cavabdehlərin etinasızlığı, futbolda monopoliyanın yaradılması, dövlətin ayırdığı maliyyədən düzgün istifadə olunmaması, ən yaxşı halda, israfçılıq Azərbaycan futbolunu çökdürüb. Tənqidlər və çıxış yolları daha çox bu istiqamətdə aparılmalıdır. Çətin görünsə də, bunun üçün futbol ictimaiyyətinin bir olması məqsədəuyğundur. Qarşıdurmalar, emosiyalar ancaq futbolu dağıdanlara sərfəlidir...

Ölkə futbolunun potensialı yetərincədir!

Son günlər özümlə bağlı müxtəlif xəbərlər paylaşılır, rəsmi təkliflərin olduğu deyilir. Sırf hakimlik sektoruna gəldikdə, mənim bu mövzuda düşüncələrimi keçmiş və indiki federasiya rəhbərliyi, həmkarlarım, bir çox jurnalistlər bilir, məlumatlıdır. Beynəlxalq dərəcəli hakim kimi adımın bu sahə ilə hallanması başadüşüləndir. Unniversiallıqla yanaşı, verilişdə qeyd etdiyim kimi, son 15-20 il ərzində peşəkar fəaliyyətim əsasən uşaq futbolu layihələri və klub funksionerliyi, futbol qanunlarının daha mükəmməl öyrənilməsi, ölkə və dünya futbolunun araşdırılması, təhlillərlə bağlıdır. Qeyd olunan sahə yerli mütəxəssislərdən birinə həvalə edilərsə, hakimlik adına köməyə ehtiyac duyularsa, yardım etməyə hər zaman hazırıq... 

Nəzərinizə çatdırım ki, bu günə kimi yeni AFFA rəhbərliyi tərəfindən bəndənizə hər hansı bir konkret təklif irəli sürülməyib. 

Bu illər ərzində federasiya, müxtəlif futbol, idman təşkilatları tərəfindən real addımlar atılıb, təlliflər edilib, müəyyən məqamlara görə anlaşmamışam. Qəti mövqeyi olan, iş prinsiplərinə sadiq qalan insanlar üçün vəzifədən daha çox, ideyaların həyata keçirilməsi, futbol naminə işbirliyinin olması, inkişafın təmin olunması daha vacibdir. Hər hansı bir səlahiyyətin olması, ancaq köməkçi faktordur...

Önəmli olan Azərbaycan futbolunun dirçəlməsi, layiq olduğu yerlərə çatmasıdır. Hər zaman vurğuladığım kimi, dəyər verən insanlar, oğullar var olsun! Hər birinizə öz dərin təşəkkürümü bildirirəm!
 

Tahir Süleymanov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

Facebookdan bizi izləməyi unutmayın.
X