22:45 12.04.2024 510

"Sabah "Neftçi"də də məşqçi ola bilərəm, "Qarabaĝ"da da" - Rəşad Sadıqov

"Olduqca gərgin və stresli bir oyun idi. Hər iki komanda qələbə qazanmaq, məğlub olmamaq istəyirdi. Hamı başa düşürdü ki, burda qazanılacaq qələbə kimisə önə çəkə bilər, məğlubiyyət isə geri salacaq”. 

Fanat.Az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (0:0) sonra deyib. 

 Mütəxəssis qolsuz yekunlaşan görüşü belə şərh edib: “Sumqaytı” yaxşı formadadır. Bu gün çox yaxşı komandaya qarşı mübarizə aparırdıq. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Eləcə də hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Bəlkə də ədalətli nəticə elə heç-heçə idi. Bu gün meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın, futbolumuzun keyfiyyətini artıracaq. Bir qədər yorğunluq var idi. Bununla belə, komandam əzmkar oynadı. Qarşıda maraqlı qarşılaşmalar olacaq. Hər matç önəmlidir. Getdikcə gərginlik artır. Tək futbolda yox, bəzən həyatda da elə olur ki, həyatımızdakı hansısa maraqlı prosesin bitməsini istəmirsən. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda sevinən tərəf biz olaq”. 

R.Sadıqov hədəflərinin Konfrans Liqasına vəsiqə qazanmaq olduğunu söyləyib: “Rəhbərliyin də, özümüzün də qarşımıza qoyduğumuz hədəf Konfrans Liqasına düşməkdir. İmkan varsa, daha yüksək yerlər, medallar uğrunda mübarizə aparacağıq. Əminəm ki, bu gün avrokuboklar uğrunda mübarizə aparan hər komanda düşünür ki, yekunda ikinci yeri tuta bilər. Bizim də şansımız var. Əlimizdən gələni edəcəyik. Bu heç-heçə sayəsində “Sumqayıt”la şəxsi oyunlardakı üstünlüyümüzü qoruduq. Bu gün iki xal itirdiyimizi desəm, ədalətsizlik olar”. 

Bu günlərdə ATV kanalında yayımlanan əyləncəli proqramda qonaq olarkən Rəşad Sadıqov “Zirə” ilə bağlı suala “Ürək”, “Neftçi”yə isə “Ağ-qara” demişdi. O bu barədə sualı belə cavablandırıb: “Orda suallar tez-tez verilirdi, həm də eyni cavabı ikinci dəfə demək olmazdı. “Zirə”nin adı ilk çəkildi, mən də ürək dedim. “Neftçi” soruşulduqda isə ilk ağlıma ağ-qara gəldi. Ağ və qara mənim sevimli rənglərimdir, bunu hamı bilir. Geyimlərimdə də əsasən bu rənglər üstünlük təşkil edir. Uşaqlıqdan belədir. Ağ-qaraya dəyər verirəm”. 

O, son günlər adının “Neftçi” ilə hallanmasına da toxunub: “Hər bir məşqçi istər ki, “Neftçi”də, “Qarabağ”da, millidə çalışsın. “Neftçi” təbii ki, mənə əzizdir. İlk addımları orda atmışam, tanınmışam. Daha sonra karyeramın parlaq hissəsi “Qarabağ”da keçib. Eləcə də 17 il millidə oynamışam. Hər üçü mənim üçün doğmadır. Sabah “Neftçi”də də məşqçi ola bilərəm, “Qarabağ”da da. Ola bilər ki, ümumiyyətlə bu klubların heç birində işləməyim. İstəyim ölkə xaricində məşqçi kimi çalışmaqdır. Gücümü daha güclü çempionatlarda sınamaq istərdim. “Neftçi”dən mənə heç bir təklif gəlməyib, aramızda hər hansı danışıq olmayıb. Bütün fikrim hazırda “Zirə”dir. Həm də indi belə periodda dəvət də gəlməz. “Neftçi”nin də hazırda baş məşqçisi var, ona uğurlar arzu edirəm. Məşqçi fəaliyyəti bir qədər fərqlidir. Futbolçu kimi tanınmış klublarda oynamağı çox tez istəyirdim. Amma indi elə deyil. İlk növbədə düşünməlisən ki, bacararam, bacarmaram, komandaya xeyir verə bilərəmmi. Xeyir verməyəndən sonra işləmərəm”. 

O,  “Zirə” ilə 2 illik müqavilə imzaladığını xatırladıb: “Hazırda şəxsi həyatım belə kənarda qalıb. Gecə-gündüz yalnız oyunları düşünür, rəqibləri analiz edirik. Yayda “Zirə” ilə 2 illik müqavilə imzaladıq. Lakin mövsüm başa çatdıqdan sonra yenidən müzakirəmiz olacaq. İşimizi təhlil edəcəyik. Mən vəzifə xəstəsi deyiləm. Görsəm ki, bu gün komandaya xeyir vermirəm, dərhal vəzifəmdən ayrılaram”. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X