11:18 17.04.2024 655

"60-a yaxın lisenziyalaşdırma meyarını yerinə yetirmişik" - "İmişli"nin icraçı direktoru

Birinci Liqanın sonu yaxınlaşdıqca Premyer Liqaya vəsiqə uğrunda mübarizə daha da gərgin hal alır. Bu mövsüm iddialı kollektivlerdən biri də "İmişli"dir. Klubun icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxlayıb Premyer Liqaya vəsiqə qazanmaq şanslarını dəyərləndirməsini istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İmişli" klubunun hədəfi çempion olaraq Premyer Liqaya vəsiqə qazanmaqdır. Bunun üçün güclü kollektivə və peşəkar komandaya sahibik. İnanıram ki, sezon sonu istədiyimiz nəticəyə nail olacağıq. Yeni formalaşan İcraiyyə Komitəsinin klub sayı barədə verəcəyi qərarın futbolumuz üçün çox önəmli tarixi hadisə olacağını düşünürük. Premyer Liqaya vəsiqə qazanmaq üçün idman nəticəsi qədər vacib olan lisenziya tələbini təmin etməkdir. "İmişli" klubu olaraq, Lisenziyalaşdırma Komissiyası tərfindən müəyyənləşdirilən 60-a yaxın meyar üzrə normaları yerinə yetirmişik. Premyer Liqada komanda sayı artırılsa da, Birinci Liqadan bəzi komandaların bu lisenziyanı almaq şanslarının olmadığı hamıya məlumdu. Bildiyiniz kimi, bu il komandaya FİF-in dəstəyi ilə baş sponsor cəlb edilib. Heç bir maliyyə problemimiz yoxdur. AFFA-nın dəstəyi ilə stadionunda əsas problem olan həm təbii ot örtüyünün, həm də süni meydançamızın dəyişdirilməsi yolunda işlərimiz davam edir. Birinci Liqanın son oyunundan sonra işlərə start veriləcək.

Bu il Birinci  Liqanın bu qədər maraqlı gərgin və mübarizəli olmasının səbəbi futbolu regionlarda bərpa etmək qərarı idi. Futbol adamları kimi başlıca məqsədimiz futbolda kütləviliyi təmin etmək və azarkeşləri stadionlara cəlb etmək olmalıdır.

İmişli şəhəri futbol ənənəsi olan bölgələrdən biridir. Uzun zamandır ki, böyük futboldan kənarda qalmasına baxmayaraq, həmişə burada milli komanda səviyyəsində futbolçular yetişib. Hədəfimiz Mərkəzi Aran zonasını Premyer Liqada təmsil etmək və futbolun populyarlığını ən yüksək səviyəyyə çatdırmaqdır". 

Qeyd edək ki, "İmişli" Birinci Liqada sona 6 tur qalmış 42 xalla 2-ci yerdə qərarlaşıb. Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektiv liderdən 3 xal geri qalır. 

Nahid Ustaclı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X