22 aprel – Beynəlxalq Yer Kürəsi Günüdür.
Fanat.Az xəbər verir ki, bununla əlaqədar olaraq “Neftçi” PFK Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə ərsəyə gələn, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən idarə olunan “Yaşıl Gələcək” layihəsinə 1000 ağaclıq ianə edib.
Klub sosial şəbəkə hesablarında hər kəsi təbiəti sevməyə və onu qorumağa səsləyib: "Gəlin yaşıl gələcək naminə təbiətə birlikdə töhfə verək!"