“Yurqorden” klubunun idman meneceri Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindən ayrılaraq "Qarabağ"a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, funksioner bu barədə "Aftonbladet" nəşrinə danışıb:
"Hazırda belə plan yoxdur. "Transfer pəncərəsi" bağlıdır, hər hansı danışıq da olmayıb. Ancaq Musanı Azərbaycanda diqqətdə saxlayan çox sayda mətbuat orqanı var. O, bizə klubdan ayrılmaq istədiyini deməyib. Qurbanlı ilə yaxşı münasibətimiz, ünsiyyətimiz var. Əlbəttə, futbolçu oynamırsa, məyus olur. Musada da belədir".
Qeyd edək ki, Musa Qurbanlı ötən mövsüm İsveç çempionatında 14 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.