Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" oyunundan öncə meydan sahiblərinin futbolçusu Ürfan Abbasov mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Zirə"yə qarşı cavab oyununda (0:2) bölgə təmsilçisinin forması ilə 300-cü oyununu keçirən müdafiəçiyə xüsusi forma hədiyyə olunub. Arxasında "300" yazılmış futbolkanı Ürfana "Qəbələ"nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev təqdim edib.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan görüşdə "Kəpəz" 1:0 hesabı ilə öndədir.
Nihat