09:00 30.04.2024 281

Güzəştsiz mübarizə intiriqanı bir az da artırdı – Tura baxış

Misli Premyer Liqasının XXXII turu güzəştsiz mübarizə şəraitində keçdi. Heç də təsadüfi deyil ki, bu tur heç-heçə qeydə alınmadı. Avrokuboklara iddialı komandalardan yalnız “Zirə” büdrədi. Bu isə “Sumqayıt”la “Neftçi” üçün göydəndüşmə fürsət oldu.

“Sabah” – “Səbail” 2:0 
Qollar:
Yon İrasabal, 22. Cesse Sekidika, 39.
“Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 70. Cesse Sekidika, 3. Yon İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh 
Baş məşqçi: Krunoslav Reduliç
“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 55. Nir Bardea, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev

Açılış oyununda “Sabah” “Səbail”i Masazırda qəbul etdi. Bu qarşılaşma hər iki tərəf üçün vacib sayılırdı. Meydan sahibləri qələbə sayəsində mükafatçılara bir qədər də yaxınlaşacaqdı. Məğlubiyyət “Səbail”in avrokubok şanslarını heç endirəcəkdi. Sonda gülən tərəf meydan sahibləri oldu. Oyuna qonaqlar heç də pis başlamasalar da, Yusif İmanovu keçə bilməmələri “dənizçilər”ə baha başa gəldi. Nəticədə Bayıldan gələn qonaqlar evə üzgün qayıtdılar. İrasabal 22-ci dəqiqədə “ev tapşırığı”ndan sonra hesabı açdı. Çox keçmədi ki, Sekidika “Sabah”ın üstünlüyünü daha da artırdı. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ikinci hissəsində qapılara qol vurulmayınca “Sabah” 2:0 hesablı qələbəyə sevindi.
49 xallı “Sabah” 5-ci pillədə yer alsa da, 2-ci pillə belə o qədər də uzaqda deyil. 42 xalla 6-cı sırada olan “Səbail” üçün avrokuboklara qatılmaq arzusunun əlçatmaz xəyal olduğunu deyə bilərik.

“Qəbələ” – “Kəpəz” 0:1 
Qol:
Martins Junior, 7
“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 28. Murad Musayev, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 72. Osama Xalayla, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Tsxadadze
“Kəpəz”: 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 13. Fərid Kələntərov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov

Mövsümün sonunda reqlament dəyişməsə, “Qəbələ”nin elitanı tərk edəcək. Artıq “qırmızı-qaralar”ın sonuncu pilləni tərk edə bilməyəcəyi dəqiqləşib. Əyani görüşdə də “Qəbələ”ni üstələyən “Kəpəz” əsas rəqibindən güclü olduğunu isbatlamağı bacardı. Doğma meydanda prinsipial oyuna çıxan “Qəbələ” Juniorun 7-ci dəqiqədə vurduğu qola cavab verə bilmədi. Xüsusiylə də Allah bir epizodda topu boş qapıdan keçirməyə borclu idi. Bu məqamın özü də “Qəbələ”nin legionerlərinin səviyyəsini şübhə altına qoyur. Prinsipial görüşdə onlar meydanda heç nə ilə yadda qalmadılar. İnqilab Məmmədovun final fiti həm “Qəbələ”nin 0:1 hesabla məğlub olmasını, həm də elitanı tərk edəcəyini rəsmiləşdirdi.
“Zirzəmi”yə lövbər salan “Qəbələ”nin aktivində cəmi 17 xal var. Sona 4 tur qalmış “Kəpəz” “Qəbələ”ni 17 xal qabaqlayır.

“Neftçi” – “Turan Tovuz” 3:0 
Qollar:
Filip Ozobiç, 15. Yuri Matias, 30-pen. Rəhman Hacıyev, 70-pen.
Qırmızı vərəqə: Bruno Qonçalves, 62
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 23. Ataa Caber, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç
“Turan Tovuz”: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov  3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 7. Luis Paçu, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov

Azarkeşlərini tribunaya qaytarmağı bacaran “Neftçi” onları böyükhesablı qələbəyə sevindirdi. “Ağ-qaralar” doğma meydanda “Turan Tovuz”un qapısına üç cavabsız top vurdular. Düzdür, bu qollardan ikisi penaltidən vuruldu. Özü də qərb təmsilçisi görüşü azlıqda başa vurdu. Bununla belə “Neftçi”nin vacib oyunda əhəmiyyətli qələbə qazandığını da deməliyik. Ozobiçin 15-ci dəqiqədə hesabı açdığı oyunda digər qolları Matiasla Rəhman Hacıyev penaltidən vurdu. Bu vacib hadisələr 30-cu və 70-ci dəqiqəyə təsadüf etdi. Qonçalves 62-ci dəqiqədə komandasını azlıqda qoymaqla “Neftçi”nin işini bir qədər də asanlaşdırdı.
Aktivində 50 xal olan “Neftçi” 3-cü pilləni əldə saxlamaq əzmindədir. 42 xallı “Turan Tovuz” isə 7-ci sıradadır. Ayxan Abbasovun komandası çətin ki, ordan yuxarı qalxmağı bacarsın.

“Sumqayıt” – “Qarabağ” 1:0 
Qol:
Roi Kehat, 70.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Məşqçi: Mübariz Orucov.
“Qarabağ”: 99. Andrey Lunyov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Çox azad adam “Qarabağ”ın “Sumqayıt”a məğlub olacağını proqnozlaşdıra bilərdi. Amma sensasiya baş verdi. “Köhlən atlar”ın qələbəsiz oyunlar seriyası üçə çatdı. “Qarabağ”ın çempion futbolçuları rəqibə saymazyana yanaşmağın cəzasını çəkdilər. Meydan sahibləri 70-ci dəqiqədə üçüncü cəhddən sonra topu qapıdan keçirə bildilər. Həmin an ilk cəhddə Lunyov, ikincidə isə dirək “Sumqayıt”ın sevinməsinə mane olmuşdu. Amma Kehat həlledici zərbəni bacardı. Oyuna əlavə olunmuş dəqiqələrdə top cərimə meydançasında “Sumqayıt”ın futbolçusunun əlinə dəysə də, VAR-a baxan Rauf Cabbarov penaltinin olmadığını bildirdi. Bununla da “Sumqayıt” azarkeşlərini 1:0 hesablı qələbəyə sevindirdi.
73 xallı “Qarabağ” liderlik kürsüsündə əlçatmazdır. 50 xalı olan “Sumqayıt” ikinci pilləni tutur.

“Zirə”– “Araz-Naxçıvan” 0:1 
Qol:
İqor Ribeyro, 89.
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli. 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo.
Baş məşqçi: Elmar Baxşıyev.

Turun ikinci sensasiyası “Zirə”də yaşandı. İkinci pilləyə yüksəlmək üçün əla fürsəti olan “Zirə” doğma meydanda “Araz Naxçıvan”a uduzmaqla bu fürsəti əldən qaçırdı. O “Araz Naxçıvan”a ki, sonuncu dəfə nə vaxt qələbə qazandığını çox az adam xatırlayır. 90 dəqiqə ərzində üstün görünən meydan sahibləri bir epizodda hesabı açsalar da, hakim Cavid Cəlilov VAR-ın da köməyi ilə oyundan kənar vəziyyət qeydə aldı. “Vurmayana vurarlar” prinsipi 89-cu dəqiqədə işə düşdü və Ribeyro meydan sahiblərini cəzalandırdı. “Zirə”nin cavab qolu vurmaq üçün isə demək olar ki, zamanı qalmamışdı.
49 xallı “Zirə” “ilk üçlük”dən kənarda qalıb. 5-ci pillədəki “Sabah” da “Zirə” ilə eyni xala malikdir. 8-ci sıradakı “Araz Naxçıvan”ın isə 35 xalı var. Elmar Baxşıyevin çalışdırdığı komandanın Premyer Liqada heç bir iddiası qalmayıb. 

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

16:27

"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X