Birinci Liqanın 24-ci turunda "Karvan" evdə "İmişli"ni qəbul edib. Görüş "ağ-qaralar" ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Kərimovun Fanat.Az-a açıqlaması belə oldu:
"Matçın əvvəlindən bəlli idi ki, oyun necə gərgin keçəcək. Bəlkə də Birinci Liqanın ən maraqlı oyunlarından biri oldu. Həm azarkeş baxmından, həm oyun baxmından bu belə idi. Azarkeşlərimizə matça gəldikləri və dəstək verdikləri üçün "çox sağ ol" deyirəm. Layiqli mübarizə aparıb qələbə qazandıqları üçün oyunçularıma da təşəkkür edirəm ".
Nahid Ustaclı