"Tovuz səfəri ağır səfərdir. Azarkeşlərimizə bizi dəstəklədiklərinə görə təşəkkür edirəm".
Fanat.Az xəbər verir ki, bunu Misli Premyer Liqasının 33-cü turunda Tovuzda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov deyib.
Matçdan sonra ənənəvi mətbuat konfransına qatılan 46 yaşlı mütəxəssis narazı qaldığı məqamı da açıqlayıb:
"Səfərdə 1 xal aldıq. Bu xalı qazandığımızı və ya itirdiyimizi mövsümün sonunda biləcəyik. Futbolçularımız ağır göründü. Narazı qaldığım məqamlar çoxdur. Müdafiəçilərimiz çox zəif təsir bağışladılar. Ən zəif oyunlarından birini keçirdilər. Son oyunlarda təbii ki, gərginlik olacaq".
Nihat