19:30 05.05.2024 171

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

Misli Premyer Liqasının 33-cü turunda "Zirə"yə 1:2 hesabı ilə uduzan "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Tovuzdakı matçın ardından ənənəvi mətbuat konfransına qatılan 42 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Təbii ki, üzücü məğlubiyyətdir. 90 dəqiqə rəqibdən üstün oynadıq. Rəqib fərdi səhvlərimiz üzündən qollar vurdu. Çox qol epizodlarımız oldu. Son üç oyunun heç birində rəqiblər bizdən oyun baxımından üstün olmayıblar. Bu gün fərdi keyfiyyət öz sözünü dedi. Son oyunlarda aldığımız qırmızı vərəqələr bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdır.  Məqsədimiz liqada möhkəmlənməkdir. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. "Sumqayıt"la oyundan sonra şanslarımız minimum endi. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bölgədə çalışmaq çətindir, təzyiq çoxdur. Çətinliklərin öhdəsindən gəlməliyik.

- Ötən oyunda Brunao, bu gün isə Roderik Miller qırmızı vərəqə aldı. Bununla bağlı tədbir görəcəksiniz?

- Klubun öz kodeksi var. Tədbirlər görülür. Məğlubiyyət olar, amma qırmızı vərəqələr qəbuledilməzdir. Futbolçuları başa düşürəm. Mübarizə varsa, gərginlik də anlaşılandır. Amma vərəqələr az olmalıdır.

- Qapıçıların fərdi səhvləri üzündən bu mövsüm xal itkiləriniz çox olub. Yayda yeni qapıçı transfer etmək niyyətiniz var?

- Son oyunlardır. Bu barədə indi açıqlama vermək mənə yaraşmaz. Futbol səhvlərin üzərində qurulub. Hər mövqedə güclənmək istəyirik. Ötənilki çempionatla indiki arasında fərqlər çoxdur. Bu mövsüm daha çətindir. Biz fikirdə uduzuruq. Tələsmək olmaz. Keçən il də bizdən avrokuboklara vəsiqə tələb edirdilər. "Turan Tovuz" 30 il əvvəl avrokubokda oynayıb. Amma biz uzun müddət elitada olmayan komandaya gəlmişik. Hər şeyi birdən etmək olmaz. Bölgəyə futbolçu gətirmək çətindir. Bu mənada rəhbərlik də çətinliklərlə üzləşir. Ötən illə müqayisədə müəyyən məqamlarda inkişaf var.

- Mövsümün sonunda azarkeşlərlə görüş keçirmək, söhbət etmək fikriniz var?

-  Tovuzda kütlə böyükdür. Azarkeşlərlə mütəmadi danışırıq. Əlbəttə ki, hamını razı salmaq mümkün deyil. Bəzən elə şeylər istəyirlər ki, reallıqla uzlaşmır. Bəziləri hansı əziyyəti çəkdiyimizi bilmirlər.

- Sanki bəziləri sizi istefaya səsləmək üçün fürsət gözləyir. Bu məsələ haqda nə düşünürsünüz?

- Kütləni idarə etmək çətindir. Mənə bu sual çox verilib. Əvvəl də demişəm ki, heç kim sakitləşməyib, məğlub olanda üzə çıxacaqlar. "Turan Tovuz" mənə yad deyil, burada futbol oynamışam. İndi mən buradayam, sabah mənim yerimdə başqası olsa, yenə eyni problem yaşanacaq. Bilmirəm, bəlkə də məndən xoşları gəlmir. Bəlkə də kimsə rəhbərlikdə təmsil olunmaq istəyir. Səbəblər müxtəlif ola bilər. Kütlədən danışırıqsa, bu problemi tam şəkildə aradan qaldırmaq çətindir. Keçən il deyirdilər ki, komada az qol vurur. Bu il çox qol vururuq, yenə narazılıq edirlər. Rəhbərliyə verdiyim sözü tuturam. Mən verdiyim sözün arxasındayam.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X