Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis matçla bağlı fikirlərini belə çatdırıb:
"Oyunçularımı təbrik edirəm. Onlarla fəxr edirəm. Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil. Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl zərbə ilə hesabda önə keçdik. Qoldan sonra sanki nəticədən məmnun idik. Futbolçulara demişdim ki, bu gün çətin oyun olacaq. İlk hissədə "Araz-Naxçıvan" topa daha çox nəzarət edirdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Penaltini qaçırdıq. Oyunun taleyini daha erkən həll edə bilərdik. Oyundan və 3 xaldan məmnunuq. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun və 9 xal var. Növbəti matça hazırlaşmalıyıq".