Misli Premyer Liqasının XXXIII turunda "Qəbələ"ni qonaq edəcək "Səbail" bölgə təmsilçisi ilə görüşə itkiylə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:
"Heyətdə futbolçu cəzalı yoxdur. Əslində, zədə ilə bağlı da ciddi problem yoxdur. Yalnız David Qomisdir ki, o da çoxdan komandaya kömək edə bilmir".
Qeyd edək ki, "Səbail" - "Qəbələ" qarşılaşması bu gün, mayın 6-da "ASCO Arena" baş tutacaq. Oyunun start fiti 19:00-da səslənəcək.
Mirağa