Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qvanqyu” ilə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub. Anton da görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub.
Bu, Antonun bu mövsüm Cənubi Koreya çempionatında il, ümumilikdə isə ikinci qoludur.
“Daejeon” hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb.