Misli Premyer Liqasının 34-cü turunda "Neftçi"nin qonağı olacaq "Kəpəz" Bakıdakı oyuna ciddi itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib.
Klub rəsmisi heyətdə 7 itkinin olduğunu bildirib: "Dörd cəzalı oyunçumuz var. Martins Junior və Olavale Onanuqa "Sumqayıt"la oyunda qırmızı vərəqə aldıqlarına görə turu buraxırlar. Qapıçımız İqor Rodrigeslə Rüfət Əhmədov isə sarı vərəqə cəzalısıdır.
Zədəlilərə gəlincə, Georgi Papunaşvili ilə Vüsal Məsimovun oynamayacağı dəqiqdir. Bundan başqa, böyük ehtimalla Mate Kvirkviya da bugünkü oyunda meydana çıxmayacaq".
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması bu gün, mayın 10-da "Neftçi Arena"da keçiriləcək. Görüşün start fiti 19:00-da səslənəcək.
Mirağa