Misli Premyer Liqasının XXXIV turunda "Qəbələ"nin qonağı olacaq "Sabah" Konfrans Liqasına vəsiqə baxımından xüsusi əhəmiyyət daşıyan matça itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Amin Seydiyevlə Elvin Camalov sarı vərəqə limitləri dolduğu üçün bu qarşılaşmada iştirak edə bilməyəcəklər. Vinsent Till və Kristian Sebalyos isə zədə səbəbindən Qəbələdəki matçı kənardan izləyəcəklər".
Qeyd edək ki, "Qəbələ" - "Sabah" qarşılaşması mayın 12-də keçiriləcək. Oyunun start fiti 17:00-da səslənəcək.
Nihat