"Qarabağ"ın qapıçısı Andrey Lunyov gələcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq 32 yaşlı rusiyalı yerli "Çempionat"a danışıb.
"Çalışırıq, Azərbaycan kubokunun finalına hazırlaşırıq. “Qarabağ”la müqaviləmi uzadacağammı? Hər şeyin öz vaxtı var. Rusiya Premyer Liqasına qayıtmaq istəyi? Yenə də hər şeyin öz vaxtı var".
Lunyov 2023/24 mövsümündə "Qarabağ"ın heyətində 32 oyun keçirib. O, bu görüşlərdə 40 qol buraxıb və 10 oyunda qapısını toxunulmaz saxlayıb.