Misli Premyer Liqasının 34-cü turu çərçivəsində bu gün keçirilən "Neftçi" - "Kəpəz" oyunundan öncə qonaq komandanın futbolçusu Mate Kvirkviya mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, ötən ayın ən yaxşı qolunun müəllifi olan Kvirkviyaya pul mükafatını Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
Qeyd edək ki, gürcü futbolçu zədə səbəbindən "Neftçi" ilə görüşdə komandasına kömək edə bilməyib.