“Kəpəz”in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 34-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, o, komandasının 1:5 hesablı məğlubiyyəti barədə bunları deyib:
“Məncə, çox danışılası bir şey yoxdur. Məğlub olduq. Bundan gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sürətimiz çatmadı. Oyunun ilk hissəsində sürətli hücumlarla irəli çıxa bildik. Qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü. Buna görə də bu cür nəticə qeydə alındı”.