Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ”ın qonağı olacaq "Atletiko” oyunöncəsi son məşqinə çıxıb. Fanat.Az sa xəbər verir ki, "hindular" görüşün baş tutacağı Bakı Olimpiya Stadionunda bir araya gəlib.
"Atletiko”nun hazırlıq prosesinə Antuan Qrizmann qatılmayıb. Fransalı futbolçu başı ağrıdığı üçün oteldə qalası olub.
Madrid təmsilçisinin yarımmüdafiəçisi Koke də kollektivlə birlikdə çalışmayıb. İstedadlı yarımmüdafiəçi fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, "Qarabağ” – "Atletiko” görüşü saat 20:00-da başlayacaq.
Fanat.Az