11:40 28.02.2019 1889

Hanı “Futbol+” məzunları?

Dünən (27 fevral-müəl.) "Futbol+” qəzetinin redaksiyasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 yanvar tarixində çıxardığı qərara həsr olunmuş mətbuat konfransı keçirildi. Qərarda bildirilib ki, "Futbol+” qəzetinə martın 31-dən sonra fonddan yardım edilməyəcək. Elə bu məqsədlə Mahir Rüstəmli idman mətbuatını başına yığmağa çalışmışdı. Axı zaman-zaman mətbuatın digər sahələrindən fərqli olaraq məhz idman mediası həmrəylik göstərib. Düşünürdüm ki, dünən də elə olacaq. Olmadı..

Öncə niyə düşündüyümü deyim, siz də harda yanıldığımı tapın.

"Futbol+” məktəbdi, "Futbol+”ocaqdı, "Futbol+”nə bilim nədi, deyənlər vardı e, onların səmimiliyinə inanıb düşünmüşdüm. Əgər onlar dünən... 
Olmadı...

"Futbol+”mediada çox həmkarımızın istedadına rəndə çəkib, naxış vurub, dibində şor su olan quyuları şirinləşdirib, çox həmkarımızın üslubuna sığal çəkib. Ən əsası odur ki, bu gün televiziyalarda, saytlarda və qəzetlərdə "Futbol+” məzunu var. Onu da başa düşürəm ki, onların da rəhbəri var. Mətbuat konfransında səslənən fikirlər televiziya və saytların siyasətinə zidd və yaxud zərbə ola bilər. Anlamadığım odur ki, quru-quru gəlməyə nə vardı ki?  Deyə bilərsiz ki, gəlib işıqlandıra bilməyəcəyiksə, gəlmək nəyə lazım? Onun da cavabını verim: "Futbol+” əyani olaraq idman mediasına xidmətlərini göstərə bilərdi. Sizcə, o məktəbdən çıxanların sayı heç kimin diqqətini çəkməzdi? Dildə 22 ilin qəzetinin gördüyü işlər, yetişdirdiyi kadrlar haqqında danışmaq diqqət çəkməyə bilər. Amma görüntü onu göstərərdi ki, KİVDF qəzetə yox, həm də neçə-neçə sima, qələm sahibi yetişdirmiş məktəbin fəaliyyətinə zərbə vurur. Düz demirəm? 

Mahir Rüstəmlinin yanında olub mənəvi dəstək verməyə nə vardı ki? Çoxlarınızın dostluq, yoldaşlıq, tanışlıq tarixi məhz "Futbol+”in redaksiyasından başlayır. Həm də bu məktəbi siz ocaq etmisiz. Bundan sonra məktəb, ocaq, nə bilim nə kimi boğazdan yuxarı deyilən sözləri boş verin. "Futbol+” inkubator imiş. Sevginiz süni istiliklə gün üzünə çıxana qədərmiş.

Sizdən çox danışdım. Özümüzdən də deyim. 

Fanat.az-ın redaksiyasında iki nəfərin (Pərvin Kazımoğlu və Nihat Ağasoy) yolu sözügedən qəzetdən keçib. Düzü onlardan birinin mətbuat konfransında  iştirak edəcəyini də düşünürdüm. Amma yuxarıda qeyd etdiyim kimi, dünənki gün yanılmaqla keçib. Nihata ya da Pərvinə məhz həmin konfransa getmələri üçün redaktor tapşırığı, yoxsa xahiş-minnət lazım idi? 

O demək deyil ki, mən "Futbol+”da çalışmamışam deyə getməmişəm. Yox, ən böyük ayıb məndə olub - unutmuşam.

Ola bilər, kiminsə iştirak etməməsinin üzrlü səbəbi var. Bəlkə də Rüstəmliyə telefonla dəstək və ya üzrxalxlıq edənlər də olub. Çi fayda! Əsas iştirak idi, həmrəylik idi. Olmadı... 

Heç kim üzr istəməsin. Bu üzr ayıbımızdan betərdi.

Əli Sahib
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X