14:46 01.09.2021 918

Münəccimin proqnozu: Millimiz səfərdən hansı nəticə ilə dönəcək?

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin oyunları keçiriləcək.

"Münəccim" A qrupundan Lüksemburq  ilə qarşılaşacaq Azərbaycanın oyununa proqnoz verəcək.

Bakı vaxtı ilə saat 22:45 Lüksemburq millisi Azərbaycan yığma komandasını qəbul edəcək. Millimizin keçirəcəyi səfər oyunundan nə gözləmək olar?

Lüksemburq

Ardıcıl 12 ildir ki, Lüksemburq milli komandası ildən-ilə inkişaf edir və nəhayət FIFA reytinqinin ilk yüzlüyündə yer almağı bacarıb. DÇ-2022-nin seçmə mərhələsinin startı komanda üçün uğurlu olub. İrlandiya ilə qarşılaşan komanda 1:0 qələbə qazanıb. İkinci oyunda isə Portuqaliya ilə (1:3) qarşılaşmada məğlub olaraq qrupda üçüncü yerdə qərarlaşıb.

Son iki yoxlama görüşündə Lüksemburq Norveç və Şotlandiyaya 0:1 hesabı ilə məğlub olub.

Azərbaycan

Millimiz seçmə mərhələnin qrupunda hələ ki, xal qazanmayıb və sonuncu yeri tutur. İlk oyunda Azərbaycan yığması Portuqaliyaya məğlub olub (0:1). Daha sonra isə yığmamız Serbiya millisi ilə bacarmayıb (1:2). 

Son üç yoldaşlıq görüşündə Azərbaycan seçməsi Türkiyə (1:2) və Moldovaya (0:1)  məğlub olub, Belarusa isə 2:1 hesabı ilə qalib gəlib.

Komandalar arasında keçirilən son iki oyunun birində Lüksemburq millisi qələbə qazanıb (2:1). Digər görüş isə qolsuz bərabərliklə yekunlaşıb.

Bəlkə də çoxları bu gün bərabər səviyyəli oyunun keçəcəyini düşünür. Elə isə, gəlin, fərdi və komanda şəklində hər iki komandanı müqayisə edək.

Milli səviyyəsində oyundan-oyuna inkişaf edən Lüksemburq yığması doğma meydanda özünü ən yaxşı tərəfdən göstərmək üçün əlindən gələni edəcək. Bəli, komanda Avropanın autsayderi deyil, amma qitənin liderlərindən olduqca uzaqdadır. Nəzərə almaq lazımdır ki, Lüksemburq millisi bu gün yenicə istifadəyə verilmiş meydanda rəqabət aparacaq. Söz yox ki, komanda yeni stadiondakı ilk görüşə "yalnız qələbə" şüarı altında çıxacaq.

Komandada "Maints", "Dinamo Kiyev" və "Hadersfild" kimi klublarda legioner həyatı yaşayan futbolçular var. Bu klublarda oynamağına baxmayaraq futbolçular ciddi bir performansla yadda qalmayıb. 

Yığmamızın legionerlərinə gəldikdə isə, düşünmədən Mahir Emrelidən başlamaq istərdik. "Legiya" klubuna keçər-keçməz özünü ən yaxşı tərəfdən göstərməyə başlayan futbolçu yüksək əhval-ruhiyyədədir. Bununla yanaşı Emreli milli səviyyəsində də nəyə qadir olduğunu sübut etmək niyyətindədir.

Türkiyənin "Bursaspor" klubunda oynayan Namik Ələskərov daxili çempionatda hələ ki, fərqli bir oyunla yadda qalmasa da, bu gün keçiriləcək oyuna eynən Mahir qədər köklənib. Digər legioner həyatı yaşayan futbolçular Avton Krivotsyuk ("Visla") və Rüstəm Əhmədzadəni də ("Minay") qeyd etmək lazımdır. 

Azərbaycan Premyer Liqasına fantastik start verən "Sumqayıt"ın yarımmüdafiəçisi Rəhim Sadıxov da (2 tura 2 qol və 2 məhsuldar ötürmə) rəqib üçün kifayət qədər təhlükəli futbolçudur.

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç üçün isə xüsusi bir gündür, belə ki, futbolçu millidə debüt edə bilər. Şübhəsiz ki, Azərbaycan yığmasının heyətində parlaq oyunu ilə yadda qalmaq istəyəcək.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Biancocelesti" telekanalına açıqlamasında "Qalib gəlmək mümkün olmayacaq" desə də, sonradan keçirdiyi mətbuat konfransında bunun yalnış bir fikir olduğunu bildirmişdi.

Proqnoz

Azərbaycan yığmasının heyətindəki futbolçuların cari mövsüm çıxışlarını nəzərə alaraq deyə bilərik ki, milli səviyyəsində də inamlı bir oyunla yadda qalmağa çalışacaqlar.

İlk proqnoz görüşdə qonaqların - Azərbaycan yığmasının qələbəsi olacaq. Xarici kontorlar buna 3,70 əmsal təklif edir. 

Alternativ proqnoz isə qarşılıqlı qolların olacağı (QQ) proqnozudur. Əmsal isə qənaətbaxşdir - 2,2.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X