15:05 26.04.2022 709

Premyer Liqanın bombardiri kim olacaq? - TƏHLİL

Azərbaycan Premyer Liqasının başa çatmasına cəmi 4 tur qalıb. 

Çempionluq mübarizəsinin taleyi 99 faiz həll olunub. Sensasiya baş verməsə, "Qarabağ" növbəti turda titulu "Neftçi"nin əlindən alacaq.

Bununla belə, avrokubok yarışı uğrunda mübarizədə hələ "sular durulmayıb". Çempionatdan Konfrans Liqasına iki vəsiqədən birinə "Neftçi" bir addım yaxın olsa da, "Zirə", "Sabah" və "Qəbələ" sona qədər döyüşəcək. 

Güclərini son dövrəyə saxlamışdılar?

Medal və avrokuboka vəsiqələr bir yana, daha bir "cəbhə"də qalib adı uğrunda amansız mübarizə gedir. Söhbət bombardirlik yarışından gedir. Məhsuldarlıq yüksək olmasa da, son turlardakı fəallıq diqqətdən yayınmır. Elə götürək hesabat turunu: ən sərrast futbolçuların sıralamasında ilk "5-lik"də olan hücumçulardan 4-ü qol vurdu. "Sabah"ın konqo əsilli almaniyalı hücumameylli yarımmüdafiəçisi Coy-Lens Mikels "Şamaxı" (5:1) ilə oyunda dubl edərək liderliyi ələ aldı. Ancaq sanki bundan qıcıqlanan Davit Volkovun da nəhayət, ayağı açıldı. Gürcüstan millisinin üzvü sonuncu dəfə ötən ilin dekabrında fərqlənmiş, 2022-ci ildə Premyer Liqa matçlarında rəqib qapılarına yol tapa bilməmişdi. Beləliklə, Mikelslə Volkov 11 qolla şərikli liderliyə yiyələndilər. 

"Qarabağ"ın hücumçusu İbrahima Vadji "Qəbələ"ni 2:0 yendikləri oyunda komandasına 3 xalı təkbaşına qazandırdı, yəni dubl müəllifi oldu. Beləliklə, o, qollarının sayını 10-a çatdıraraq komanda yoldaşı Filip Ozobiçi haqladı. Yeri gəlmişkən, 7 və daha çox qol vuran 9 futbolçudan 5-i Ağdam təmsilçisinin üzvüdür.         

Bombardirlər

Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Tiaqo Bezerra ("Neftçi") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Kadi Borqes ("Qarabağ") - 8 qol
Musa Qurbanlı ("Qarabağ") - 7 qol
İsnik Alimi ("Qəbələ") - 7 qol

Mövsümün bombardiri kim olacaq?

Şansları dəyərləndirmək üçün münəccim olmağa ehtiyac yoxdur. Premyer Liqanın son 4 turuna nəzər salmaq kifayətdir ki, kimin favorit olduğunu müəyyənləşdirək. 

25-ci turun "Qarabağ" - "Sabah" matçı həm də bombardirlərin savaşı kimi diqqət çəkəcək. Vadji, yoxsa Mikels? Ozobiç, Zubir, Kadi, Musa, yoxsa Mikels? Ağdam təmsilçisinin bu üzvlərindən kim fərqlənsə, qolçuluq mübarizəsində ön plana çıxacaq. Bu mənada Vadjidən daha çox şey gözləməyə dəyər. Seneqallı hücumçu vurduğu 10 qoldan 6-nı mart-aprel aylarında gerçəkləşdirib. Son iki turda isə həm dublla, həm də het-triklə yadda qalıb. Üstəlik, Vadji bu mövsüm "Sabah"a qol vurmağı bacarıb. O, keçən il dekabrın 4-də keçirilən 13-cü turun oyununda 5:1 hesablı qələbəyə dublla töhfə verib.

"Sabah"ın əsas qol silahı Mikels isə çətin görüşdə liderlik keyfiyyətlərini bir daha göstərməlidir. Ən maraqlısı odur ki, Coy-Lens bu mövsüm "Qarabağ"dan başqa bütün komandaları məyus edə bilib. Növbəti "qurban" niyə də "Qarabağ" olmasın? 

Amma ümumiləşdirsək, "Sabah"ın yarımmüdafiəçisinin şansı daha yüksək dəyərləndirilməlidir. Məsələ burasındadır ki, "Qarabağ"ın təqvimi daha ağırdır və çətin ki, Vadji yenə iki-iki, üç-üç qol vursun. Ağdamlılar "Sabah"dan sonra "Zirə, "Səbail" və "Neftçi"ni sınağa çəkəcək. "Sabah" isə son üç turda münasib rəqiblərlə - "Səbail", "Sumqayıt" və çempionatda 7, kuboku da nəzərə alsaq, 8 oyundur qələbəyə həsrət qalan "Qəbələ" ilə qarşılaşacaq.  

Coy-Lens Mikelsin ən yaxın təqibçisi olan, əslində isə bu mövsüm uzun müddət ən məhsuldar oyunçu adını daşıyan Davit Volkovun yenidən liderliyi ələ almaq şansı var. Gürcü forvard bunun üçün keçmiş komandası "Qəbələ" və son turda "Şamaxı" ilə görüşlərə ikiqat həvəslə köklənməlidir. Bu mənada ad dəyişikliyindən sonra keçirdiyi 3 oyunda 15 qol buraxan "Keşlə"nin xələfi Volkovun işinə yaraya bilər.

Mövsümün 2021-ci ilə aid hissəsində daha məhsuldar oyun sərgiləyən Filip Ozobiç uzun müddət kölgəyə çəkilsə də, "Şamaxı" (8:0) ilə mövsümün ən məhsuldar qarşılaşmasında 2 qolla yadda qaldı. 

Aktivində 7-8 qol olan futbolçular - Tiaqo Bezerra, Abdullah Zubir, Kadi Borqes, Musa Qurbanlı və İsnik Alimi də mübarizəni davam etdirəcəklər. Amma "Qəbələ" kimi, onun albaniyalı yarımmüdafiəçisi də favorit deyil. Ümumiyyətlə, bu "5-lik"dən "Neftçi"nin braziliyalı hücumçusu Tiaqo Bezerra daha şanslı görünür. Əvvəla ona görə ki, son turlarda məhsuldarlığı ilə seçilir. 35 yaşlı forvard aprel ayında 3 qolla yadda qalıb. O, bu görüşlərdən 2-də komandasına 3, digərində 1 xal qazandırıb. Bezerra qarşıdakı iki turda daha çox fürsət əldə edəcək. Belə ki, "Neftçi" 25-26-cı turlarda uyğun olaraq, "Sumqayıt" və "Qəbələ" ilə qarşılaşacaq.    

25-ci tur (3-4 may)
Qarabağ - Sabah
Şamaxı - Səbail
Sumqayıt - Neftçi
Zirə - Qəbələ 

26-cı tur (8-9 may)
Qarabağ - Zirə
Səbail - Sabah
Qəbələ - Neftçi
Sumqayıt - Şamaxı

27-ci tur (15 may)
Səbail - Qarabağ
Sabah - Sumqayıt
Şamaxı - Qəbələ
Neftçi - Zirə

28-ci tur (21 may)
Zirə - Şamaxı
Qəbələ - Sabah
Sumqayıt - Səbail
Qarabağ - Neftçi

11 qolluq hədd keçiləcək?

1992-ci ildən keçirilən Azərbaycan çempionatında ən zəif məhsuldar bombardir(lər) 2016-17 mövsümünə aiddir. Belə ki, həmin mövsüm Rauf Əliyevlə Filip Ozobiç hərəyə 11 qolla şərikli lider olmuşdular. Proqnozlaşdırmaq olar ki, həmin göstərici təkrarlanmayacaq. Daha doğrusu, hazırda hesabında məhz 11 qol olan Mikelslə Vadji və ya digərlərinin bu həddi keçəcəyi ehtimal olunandır.    

Mövsümlər üzrə bombardirlər

1992 Nazim Əliyev - 39
1993 Samir Ələkbərov - 16
1993-94 Musa Qurbanov - 35
1994-95 Nazim Əliyev - 26
1995-96 Fazil Pərvərov/Rövşən Əhmədov - 23 
1996-97 Qurban Qurbanov - 34 
1997-98 Nazim Əliyev - 23
1998-99 Alay Bəhramov - 24
1999-00 Badri Kvaratsxeliya - 16
2000-01 Paşa Əliyev - 12
2001-02 Kənan Kərimov/Dmitri Kudinov - 14
2002-03 - çempionat keçirilməyib     
2003-04 Samir Musayev - 20
2004-05 Zaur Ramazanov - 21 
2005-06 Yakuba Bamba - 16
2006-07 Zaur Ramazanov - 20
2007-08 Xəqani Məmmədov - 19
2008-09 Valter Quqlemon - 17
2009-10 Fərid Quliyev - 16
2010-11 Georgi Adamiya - 18
2011-12 Bahodir Nasimov - 16
2012-13 Nikolas Kanales - 26
2013-14 Reynaldo - 22
2014-15 Nurlan Novruzov - 15
2015-16 Dani Kintana - 15
2016-17 Rauf Əliyev/Filip Ozobiç - 11
2017-18 Baqali Dabo - 13
2018-19 Mahir Emreli - 16
2019-20 - çempionat yarımçıq qalıb
2020-21 Namik Ələskərov - 19
 
Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X