16:18 26.04.2022 1906

Tounkaranın qardaşı "Xan Lənkəran"da oynaya bilməz - ŞƏRH

"Keşlə"nin oyunçusu Sadio Tounkaranın qardaşı Madi Nfa Tiekoro Tounkaranın "Xan Lənkəran"la danışıq apardığı haqda mətbuatda xəbər yayılıb. Maraqlıdır ki, hətta cənub təmsilçisinin prezidenti Pərviz Hüseynov da məlumatı təsdiqləyib...

Fanat.Az bildirir ki, Sadionun qardaşının, ümumiyyətlə, hansısa əcnəbi oyunçunun Region Liqasında çıxışı barədə xəbərin real əsası yoxdur! 

Yarışın Əsasnaməsinin 5.4 bəndində göstərilib ki, Region Liqasında Azərbaycan vətəndaşı olmayan oyunçular sifariş edilə bilməz. Düzdür, bəndə əlavə olunub ki, ən azı 2 il ərzində Azərbaycanda yaşayan və heç bir futbol fəaliyyəti olmayan şəxslər istisna hal kimi Region Liqada həvəskar olaraq iştirak edə bilər. Bildiyimizə görə, Tounkaranın belə imtiyazı yoxdur. O, son olaraq ölkəsinin "USF kita" klubunda çıxış edib.  

Belə görünür, klub rəhbərinin Əsasnamədən xəbəri yoxdur. Maraqlıdır ki, "Xan Lənkəran"ın mətbuat katibi Famil Məmmədov saytımıza klub prezidentindən fərqli açıqlama verib: "Region Liqasında legioner oynatmağa icazə yoxdur. Ona görə də Tounkaranın qardaşını transfer edə bilmərik. Növbəti mövsüm Birinci Divizionda çıxış etsək, o halda həmin oyunçu və ya qeyrisi komandaya cəlb oluna bilər. Bu isə sonranın işidir. Yəni üç ay, beş ay sonra nə baş verəcəyini indidən deməyimiz doğru deyil".

Təbii ki, Birinci Divizionda legioner oyunçuların iştirakına icazə verilir. Bununla belə, "Xan Lənkəran"dan olan həmkarımızın "növbəti mövsüm"ü nişan verməsi də reallığa söykənmir. Məsələ burasındadır ki, Birinci Divizionda oynamaq istəyən komanda ən azı üç il Region Liqasında çıxış etməlidir. Bu, AFFA-nın qərarıdır. "Xan Lənkəran"ın bu yaxınlarda "Xəzər Lənkəran" adı ilə çıxış etmək üçün Mübariz Mənsimovla görüşməsi də bununla əlaqəli idi. Yəni Lənkəran təmsilçisi varis kimi vaxtından əvvəl peşəkar statusuna yiyələnməyə çalışırdı. Ancaq "Xəzər Lənkəran"ın borclu olması, FİFA məhkəmələrindəki şikayətlər üzündən plan iflasa uğradı. "Xan Lənkəran" rəhbərliyi isə o borcu ödəmək iqtidarında deyil. Təkcə Adrian Skarlatakeyə ödənilməli olan 150 min manat (əslində məbləğ 300 mindir, rumıniyalı yarıya endirilməsinə razılıq verib) "Xan Lənkəran"ın təxminən bir illik büdcəsinə bərabərdir.  

Əsasnaməyə istinad edib Tounkaranın qardaşının "Xan Lənkəran"a transferinin mümkünsüzlüyünü bildirsək də, əslində Azərbaycan reallığını da unutmuruq. AFFA-dan nə desən gözləmək olar: öz yazdığını özü poza bilər.       

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X