15:11 11.05.2022 763

Qəddini düzəlt, \"Neftçi\" !

"Neftçi"nin ötən mövsüm qazandığı dramatik çempionluq böyük yox, çox böyük hadisə idi. Bakılıların yeddi illik həsrətə son qoya biləcəyinə yəqin ki, 2020-ci ilin payızında ən nikbin fanatlardan başqa heç kim inanmırdı... Amma alındı. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Ahmed Ahmedovun "Qarabağ"ın qapısına vurduğu həmin mistik qol sayəsində ölkə çempionatında at oynadan "köhlən atlar"ı daha bir "qızıl"dan məhrum etməyi bacardı.

Təbii, o çempionluğun ardından "ağ-qaralar"ın avrokuboklarda heç nə edə bilməməsi acizanə mənzərə idi. Görünən bu idi ki, Abasov və klubun seleksiyaçı-məşqçiləri oyunçu seçimində "yandırıb", heyətə qatılanlar yola salınanlardan da zəif çıxıb. Gec də olsa, ayılan, kluba böyük ölçüdə faydası dəyməyən idman direktoru Ceyhun Sultanovu Zaur Əzizovla əvəzləyən rəhbərlik belə desək, ziyanın yarısından qayıtmağa çalışdı. Həmin ilin yayında heyətə cəlb edilən əcnəbi "turistlər"in mövsümün ortasındaca yola salınması isə gözlənilən addım idi. 

Şübhəsiz, qışda yaxşı futbolçu tapmaq müşkül məsələdir. Mövsümün yarısını uğursuz oyunçu seçimi üzündən boşa verən komanda yanvar-fevral aylarında vəziyyəti 180 dərəcə dəyişə bilməzdi. Paytaxt təmsilçisinin ötənilki sonluqdan nəticə çıxaran favoritlə - "Qarabağ"la mübarizə aparmalı olduğunu nəzərə da nəzərə alsaq, çempionluq şansı 5 faizdən artıq deyildi. Söhbət nəzəri yox, reallıqla uzlaşan ehtimaldan gedir.

Hə, Romen Bask ("Şatoru", Fransa), Fəhmin Muradbəyli ("Keşlə", icarə), Sabir Buqrin ("Esperans", Tunis), Harramiz Soareş, Xorxe Korrea, Mamadu Kane ("Olimpiakos", Yunanıstan) ilə vidalaşan "ağ-qaralar"ın qışda etdiyi transferlərə ağız büzmək olmaz. Azər Salahlı ("Keşlə"), Eddi İsrafilov (klubsuz), Elton Əlibəyli ("Səbail", icarədən qayıtdı), Gilyerme Pato ("İnternasional", Braziliya), İvan Brkiç ("Riqa", Latviya), Azər Əliyev ("Ufa", Rusiya) kimi yenilər arasında özünü yaxşı tərəfdən göstərənlər və uzun illər "Neftçi" forması geyinməyi haqq edənlər var. Avrokubok fiaskosundan sonra - ötən ilin sentyabrında heyətə qatılan iki braziliyalıdan biri olan Tiaqo Bezerranın isə yaşının 34 olması acı təəssüf doğurur. Ramon Maçado sıravi çıxışla yadda qalsa da, "qoca" Bezerra dəfələrlə səhnəyə çıxaraq adından söz etdirib. Məntiqlə, azı daha bir mövsüm bu komandada qala, yaxşı legioner hücumçunun transfer qiymətinin, maaş tələbinin "əl yandırdığı" vaxtda işə yaraya bilər.

Yeni mövsümdən büdcəsində də artım gözlənilən "Neftçi"nin növbəti çempionluq şansı necə, real görünürmü? Ötən ilin yayında olduğu kimi, hegemon "Qarabağ"ı növbəti dəfə "taxtdan salmaq" mümkündürmü? Əlbəttə! Yaxşı transferlər, yüksək motivasiya və futbolun yazılmamış qanunlarına əməl etmək şərti ilə az şansı çoxaltmaq olar. Amma necə? 

Cari mövsüm gümüş medalları vaxtından əvvəl təmin edən bakılıların kənardan kiçik görünən böyük problemləri Konfrans Liqasında mübarizə başlamamış yoluna qoyması birinci şərtdir. Klubdaxili toplantıda mövcud durum götür-qoy edilməli, ilk öncə baş məşqçi Samir bəyin özü təlimatlandırılmalıdır. Yəni büdcə artsa, yeni idman direktorunun əlaqələri hesabına samballı transferlər edilsə belə, indiki Abasov - azarkeş münasibətləri ilə ciddi uğura ümid etmək absurddur. Son turda səfərdə "Qəbələ"yə uduzan "xalq komandası"nın çalışdırıcısının fanatlar barədə söylədiklərinə bir daha diqqət yetirək:

"Həyatda mövqeyi olmayan insanlardır. Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Bir neçə ay öncə məni göyə atan adamlardır. Məni bura azarkeşlər gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin...

İnanın dediklərimə, vaxt olub futbolçularla fanatlar arasındakı münasibəti mən düzəltmişəm. Amma görünən odur ki, azarkeşlərimiz özü də bir nöqtəyə vurmur. Onlar bir neçə yerə parçalanıblar. Təzyiq "Neftçi"də həmişə olub, olacaq da. Bundan qorxmaqla inkişaf etmək olmaz. Türkiyədə müsahibə verərkən demişdim ki, bizim azarkeşlər sırf nəticə azarkeşidir! Fanatlardan biri mənə deyirdi ki, biz çempion ola bilməyəcəyimizi bilirik, əsas komandamız ruhla oynasın. Bu sözləri deyən azarkeş bu gün mənə "istefa" qışqırır. Mən bunu normal hesab etmirəm. Deməli, mən həm haqlıyam, həm də haqsızam. Neçə ildir futboldayam, görməmişəm ki, azarkeş klub rəhbərini və ya məşqçisini dəyişsin".

44 yaşlı çalışdırıcının tribunalardan inciməsinin də, tərəfdarlar barədə dilə gətirdiyi sözlərin də səbəbi bəllidir. Ancaq belə açıqlama yuxarıda qeyd etdiyimiz yazılmamış qanunlara qarşı üsyandır. Acı reallıq budur ki, baş məşqçi emosiyalarını cilovlaya bilmədiyi üçün bütün camiəyə qurşaqdan aşağı zərbə vurub. Bəlli məsələdir, azarkeşlərin rəhbərliyin əvəzinə qərar vermək səlahiyyəti yoxdur. Ancaq iki, beş, on beş fanatı hədəfə alaraq bütün tərəfdarları aşağılamaq da bariz qeyri-peşəkarlıq nümunəsidir. Ortada daha bir incə məqam var: kimliyindən asılı olmayaraq heç bir mütəxəssis məhz "Neftçi"nin "sükanı arxası"nda tribunalarla hesablaşmadan o komandada uzun müddət qala, ortaya keyfiyyətli iş qoya bilməz. Bir halda ki, meydanda mübarizə aparan futbolçu motivasiyanın çoxunu tribunlaradan alır, deməli, Samir bəy çox yanılır. Yəni azarkeşlərin əlində klub prezidentinin möhürü olmasa belə, onların təyinatlara təsir gücü heç də  az deyil. Məsələn, hər dəfə meydanda etdiyi səhvə görə fitə basılan oyunçunun özünəinamı itir və ya fanatlarla yola getməyən mütəxəssis hansısa matçda büdrədiyi anda dəstək əvəzinə "istefa" şüarlarına qonaq edilir. Yalnız bizdə yox, səviyyəsinə qibtə etdiyimiz Avropa futbolunda da yüzlərlə belə nümunələr var. 

Əslində yazını uzatmaq, necə deyərlər, başqa simlərə də toxunmaq olar. Fəqət indiki durumda camiə baş məşqçisindən aldığı zərbədən sonra qəddini düzəltməli, öncə tərəfdarlarının könlünü almağın yollarını axtarmalıdı. Qalan hər şey sonrakı məsələdir. Büdcə də, transferlər də, təlim-məşq toplanışları da.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X