Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə" bugündən hazırlığa başlayır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi günün ikinci yarısında bir araya gələrək yüngül məşqlə kifayətlənəcək.
İlk məşq Bakı Olimpiya Stadionunda keçiriləcək. Bütün heyət üzvlərinin, o cümlədən, legionerlərin bu gün düşərgədə olacağı bildirilir.
"Zirə" iyunun axırına kimi Bakıda hazırlaşmağı planlaşdırır. Ancaq Konfrans Liqasının püşkatmasından asılı olaraq, planlar dəyişə bilər. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda təlim-məşq toplanışının iki həftəlik əsas hissəsini Türkiyədə keçirəcək. Qəsəbə təmsilçisi məskunlaşacağı məkan kimi Bolu və ya Kızılcahamam bölgəsindən birini seçəcək.
Mirağa