Mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ" hazırlıqlara iyunun 9-dan başlayıb.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ağdamlılarla yeni müqavilə ilə bağlı razılığa gələ bilməyən Patrik Andrade və müxtəlif millilərin düşərgələrində olan komanda üzvləri məşqlərdə iştirak etmir.
Digərlərindən 2 gün çox istirahət edən Abdullah Zubir dünəndən çalışmalara qatılırsa, bugünkü məşqdə son mövsümü icarə əsasında "Ankaragücü"də keçirən Ovusu Kvabena da tər tökəcək. Qanalı hücumçu dünən axşam saatlarında Bakıya gəlib.
Qeyd edək ki, "Qarabağ" iyunun 20-də hazırlığın Bakı bölümünü başa vuraraq Avstriyaya yollanacaq.
Nihat