Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda V turun görüşləri çərçivəsində öz meydanında "Hayduk"u qəbul edib.
Emrelinin ehtiyatda qaldığı matçda Zaqreb təmsilçisi 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, xal sayını 13-a çatdıran "Dinamo" 10 komanda arasında liderdir.