16:56 10.09.2022 300

PFL rəsmiləri Gəncəyə səfər ediblər - FOTOLAR

Peşəkar Futbol Liqasının rəhbərliyi Gəncədə olub.

Fanat.Az "Kəpəz"in mətbuat xidmətinə istinadən xəbər verir ki, rəsmilər şəhər stadionunda klubun İdarə Heyətinin sədri İlqar Nadiri, qurumun üzvü, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev və əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüblər.

İlqar Nadiri stadionun ərazisində görülən işlərlə bağlı PFL-in prezidenti Elxan Səmədova məlumat verib. İnşası davam edən Gəncə Futbol Akademiyasının uşaq futbolunun inkişafına təkan verəcəyini bildirən İdarə Heyətinin sədri maddi-texniki bazasının yenilənməsi istiqamətində köklü işlərin aparıldığını qeyd edib. İlqar Nadiri arenanın ərazisində müasir standartlara uyğun iki təbii örtüklü böyük meydançanın salınması yönündə fəaliyyətin sürətlə davam etdirildiyini də deyib.

Qonaqlar stadionda tribunalara, soyunub-geyinmə otaqlarına baxış keçiriblər. Mövcud durumla bağlı fikir mübadiləsi aparılıb. Əsas meydanın öt örtüyünün vəziyyəti müsbət qiymətləndirilib.

PFL-in rəsmiləri bu günlərdə klubda işlə təmin olunan Vətən müharibəsi qazisi, “Cəsur döyüşçü”, Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə medalları ilə təltif edilən Talıb Rzayev ilə də görüşüblər. İH-nin sədri İlqar Nadiri 9 yaşlılardan ibarət komandada məşqçi kimi çalışan Rzayevin uşaqlara yalnız futbolun sirlərini öyrətmədiyini, eyni zamanda vətənpərvərlik hislərini aşıladığını vurğulayıb.

PFL-in rəhbərliyi stadionda “Kəpəz”in əvəzedici heyəti ilə 19 yaşlılar arasında keçirilən yoxlama oyununu da izləyib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X