UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən “Olimpiakos” - “Qarabağ” oyunundan əvvəl insident yaşanıb.
Fanat.Az xəbər verir ki, yunan azarkeşlər Azərbaycan təmsilçisinin 20 tərəfdarına hücum edib.
Polis hadisəyə müdaxilə edib. Klub rəhbərliyinin də müdaxiləsindən sonra azərbaycanlı azarkeşlər stadionun daha təhlükəsiz yerinə köçürülüb.