12:34 19.10.2022 8913

"Qarabağ"ın yeni transferi: "Bura gəlməzdən öncə..." - MÜSAHİBƏ

"Qarabağ"ın bu mövsüm "Santa Klara"dan transfer etdiyi braziliyalı dayaq yarımmüdafiəçisi Julio Romaonun Fanat.Az-a müsahibəsi

- Karyeranı Azərbaycanda davam etdirmək təklifi gələndə buna necə reaksiya verdin? 

- İlk dəfə "Qarabağ"dan təklif gələndə çox sevinmişdim. Amma buna baxmayaraq, eyni zamanda həm də tərəddüd edirdim. Fikrimcə, bu da normaldır. Çünki ölkə və çempionat haqqında demək olar ki, məlumatsız idim. Amma agentim mənə dedi ki, gedəcəyin klub böyük klubdur və ora keçdiyinə görə heç də peşman olmayacaqsan. Bu gün mən həqiqətən də görürəm ki, düzgün qərar vermişəm. Bu, doğru seçim və düzgün addım idi. 

- "Qarabağ"a gəlməmişdən əvvəl bu klubu nə dərəcədə yaxından tanıyırdın?

- Gəlməzdən öncə təbii ki, "Qarabağ" haqda məlumatım var idi. Müntəzəm olaraq Avrokubokların iştirakçısı kimi tanınmış klubdur. Çıxışlarını görürdüm, izləyirdim. Əlavə informasiyam da var idi ki, komanda yüksək səviyyəli futbolçulardan təşkil olunub, yaxşı infrastrukturu var. Bu kimi müsbət təəssüratlarım var idi.

- Bir mövsümdən çox "Santa Klara" klubunda çıxış etmisən. Ondan öncə isə Braziliyanın müxtəlif klublarında forma geyinmisən. Sənin üçün daha çox Avropa futbolu uyğundur, yoxsa Cənubi Amerika? 

- Cənubi Amerika futbolu mənə doğmadır. Baxmayaraq ki, ilk addımlarımı məhz orada atmışam, Avropa futbolu da yaxındır. Amma seçim etməyə qalsa, Avropa futboluna üstünlük verərəm. 

- Təxminən üç aydır ki, Azərbaycandasan. Ölkəmizə və komandaya adaptasiya necə gedir?

- Uyğunlaşma ilə bağlı heç bir problemim yoxdur. İşimi asanlaşdıran məqamlardan biri də odur ki, bu komandada mənimlə eyni dildə danışan bir çox futbolçular var. Bu faktlar mənim ölkəyə və komandaya uyğunlaşmağımı tezləşdirir.

 - Braziliya və Portuqaliyaya nisbətən Azərbaycanda hava şəraiti qeyri-sabit keçir. İqlim dəyişikliyi sənin oyununa təsir edə bilər? 

- İqlimlə bağlı hər hansı problem yaşayacağıma inanmıram. Mən Rio de Janeyrodanam. Hamıya bəllidir ki, orada hava çox isti keçir. Bundan əlavə, üç il Koritibada (Braziliyada şəhər), iki il isə Portuqaliyada oynamışam. Həm Koritiba, həm də Portuqaliyada qış sərt keçir. Bu səbəbdən də düşünmürəm ki, iqlimlə bağlı çətinlik yaşayım.

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun futbol fəlsəfəsi haqda nə deyə bilərsən? Onun başçılığı altında oynadığn digər çalışdırıcılardan fərqləndirən cəhət hansıdır? 

- Bir çox fərqli keyfiyyətlərə malik məşqçilərlə çalışmışam. Qurban Qurbanovla onları fərqləndirən cəhətlərdən biri də odur ki, Qurbanov bütün futbolçulara eyni gözlə baxır, eyni münasibəti göstərir, hamı ilə eyni qaydada işləyir. Heç bir futbolçu arasında fərq qoymur. Davranış hamıya qarşı eynidir. Demək olar ki, bütün çalışdırıcılar eyni işi görür, amma Qurban Qurbanovda sözlə əməl üst-üstə düşür. Bu onu fərqləndirən yalnız bir məqamdır. Onun digər keyfiyyətləri də var. Bir sözlə, o, bizim üçün ata kimidir.

- Komanda yoldaşlarınla münasibətin necədir? Daha çox kiminlə ünsiyyətdə olursan? 

- Demək olar ki, komandada hamı ilə yaxşı münasibətim var. Komandanın ab-havası elədir ki, bütün oyunçular arasında xoş münasibət var. Daha çox yaxınlıq etdiyim futbolçular Almeyda, Medina, Kadi, Ovusu və Andradedir. Bu futbolçularla daha çox ünsiyyətdə oluram. 


 
- "Qarabağ"la 4 illik müqavilən var. Bu komandanın heyətində başlıca məqsədin nədir? 

- Yaxşı bilirəm ki, "Qarabağ"ın klub olaraq böyük hədəfləri var. Mən də "Qarabağ"ın məqsədinə çatması üçün əlimdən gələni etməliyəm. Bu yolda əsas pay sahibi olmaq istəyirəm. Həm fərdi, həm komanda şəklində uğur qazanmağı planlaşdırıram. Burada həm də bir şəxsiyyət kimi inkişaf etmək istəyirəm. 

- Sonda mümkünsə "Qarabağ" azarkeşləri barədə təəssüratlarını bildirərdin.

- "Qarabağ" azarkeşləri haqda ancaq xoş sözləri deyə bilərəm. Onlar həqiqətən də "Qarabağ" "xəstəsi"dirlər. Bu insanlar komanda ilə yaşayırlar. Onlar hər gün bu klubla nəfəs alırlar. Bu fanatların komandaya, futbolçulara və şəxsən mənə olan münasibətlərindən çox razıyam. Buna görə onların hər birinə təşəkkür edirəm. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X