Azərbaycan Basketbol Liqasında XIII tur başa çatıb.
Fanat.Az-ın məlumatına görə, turun son görüşü Xaçmazda reallaşıb.
"NTD-İndiqo" - "Xəzri" qarşılaşması qonaqların 89:85 hesablı qələbəsi ilə bitib. Bu qələbə sayəsində xal hesabını 24-ə çatdıran "Xəzri" lider "Sabah"a çatıb. 22 xala malik "NTD-İndiqo" isə üçüncüdür.
Qeyd edək ki, bu turda "Xırdalan" "Gəncə"ni (93:87), "Sabah" "Sərhədçi"ni (96:71), "Neftçi" "Sumqayıt"ı (113:96), "Cəlilabad" "Şəki"ni (90:86) üstələyib.