Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin video-iclası keçirilib.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Məşqçilər Şurasının tövsiyəsi ilə kişi basketbolçular arasında keçirilən Azərbaycan Superliqasında mövsümün ləğv olunması və hazırkı lider "Zirvə Astara" klubunun çempion elan edilməsi qərara alınıb.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq 29 fevralda Azərbaycan Superliqası dayandırılmışdı.
20 turdan sonra aktivində 38 xalı olan "Zirvə Astara" turnir cədvəlinə başçılıq edirdi. İkinci "Atom"un 34, üçüncü "Gəncə"nin isə 32 xalı var idi.
Fanat.Az