"Klippers" Joakim Noa ilə əməkdaşlığını davam etdirmək niyyətindədi.
Fanat.Az "The Athletic"in insayderi Şems Çaraniyaya istinadən xəbər verir ki, "Klippers" yaxın günlərdə Noa ilə olan müqaviləsini mövsümün sonuna kimi uzadacaq.
Los-Anceles təmsilçisi mart ayında 35 yaşlı basketbolçu ilə 10 günlük sözləşmə imzalamışdı. Anlaşmanın üzərindən çox keçməmiş koronavirus pandemiyası səbəbindən NBA-ya fasilə verilmişdi.
Noa ötən mövsüm "Memfis"də 7,1 xal, 5,7 ribaund və 2,1 asist ortalamaları ilə oynayıb.
Qeyd edək ki, "Klippers" NBA-da çempionluğa əsas namizədlərdəndi. Komanda Qərb konfransında ikinci sırada qərarlaşıb.
Fanat.Az