Azərbaycan boks millisi Serbiyanın Çaçak şəhərinə yollanıb.
Fanat.Az xəbər verir ki, dəri əlcək ustaları sabah bu şəhərdə keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.
Boks üzrə “Qızıl əlcək” yarışı 4 gün davam edəcək.
Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin başçılığıl ilə turnirdə ölkəmizi Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Dominqes (86 kq) təmsil edəcək.
Bundan başqa, turnirdə həmyerlimiz Anar Nağdıyev hakim kimi iştirak edəcək.
Bu gün səfərə yollanan komanda oktyabrın 22-də Bakıya qayıdacaq. Yarışın püşkü bu gün atılacaq.