22:22 15.12.2023 185

Azərbaycan çempionatında ilk yarış gününün qalibləri bilindi

Bu gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.

Fanat.Az xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin (GİN) idman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katib Rəşad Rəsullu çıxış ediblər.

Elnur Məmmədov turnir iştirakçılarını salamlayaraq, ACF-in ölkədə cüdonun inkişafında göstərdiyi təqdirəlayiq səyləri qeyd edib. O, Federasiyanın il ərzində əldə etdiyi mühüm nailiyyətləri vurğulayaraq, Azərbaycanda cüdoçuların sayının təxminən 19 min nəfərə çatdığını bildirib. Məmmədov il ərzində ölkəmizin müxtəlif bölgələrində cüdo zallarının istifadəyə verildiyini və 80-dən çox cüdo klubunun tatamilərlə təmin olunduğunu diqqətə çatdırıb. O, həmçinin, qadınlar arasında cüdonun təbliği ilə bağlı ACF tərəfindən mühüm təşəbbüsləri də qeyd edib. 

Rəşad Rəsullu çıxışında Azərbaycan çempionatı ilə bağlı  məlumat verib və 26 şəhər və rayondan 300-dən çox cüdoçunun yarışda iştirak etdiyini vurğulayıb. O, ölkə rəhbərliyinin ölkəmizdə cüdo idman növünün inkişafına xüsusi diqqət və qayğının olduğunu bildirərək, bunun əyani sübutu kimi cüdo üzrə milli komandaların təlim məşq mərkəzinin istifadəyə verilməsini göstərib. R.Rəsullu yarışın təşkilində və ümumilikdə Federasiyanın fəaliyyətinin təmin edilməsində Gənclər və İdman Nazirliyinə və qurumun rəhbərliyinə təşəkkürünü bildirib.

Açılış mərasimi Azərbaycan cüdoçularının il ərzində beynəlxalq arenada əldə etdikləri nəticələri əks etdirən qısa videoçarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu tatamiyə çıxıb.

Qadınlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər arasında isə -60 kq. və -81 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşib.

3 gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. 

Qalibləri təqdim edirik:

Qadınlar

-48 kq. 
1. Şəfəq Həmidova
2. Ramilə Əliyeva 
3. Xumar Qasımzadə
3. Leyla Dəmirova

-63 kq. 
1. Leyla Əliyeva 
2. Kamilla Töhöliyeva
3. Diana Şoranova
3. Leyla Atayeva

Kişilər

-60 kq. 
1. Nazir Talıbov
2. Babarəhim Mirzəyev
3. Hüseyn Allahyarov
3. Kənan Hüseynov

-81 kq. 
1. Məmmədrza Hacızadə
2. Kərim Allahverdiyev
3. Ömər Rəcəbli
3. Qədir Hüseynov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X