22:28 18.12.2022 358

Final oyununun ən yaxşısı – Messi!

Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Fransaya qarşı keçirdikləri final matçının ən yaxı futbolçusu seçilib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu həlledici qarşılaşmada dubla imza atıb, həmçinin penaltilər seriyasında 11 metrlik zərbəni dəqiq yerinə yetirib.

Xatırladaq ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X