16:17 28.06.2013 811

Mətbuat konfransı keçirilib

Bu gün "Bakcell Arena"da AFFA və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə "Mançester Yunayted" Yay Futbol Məktəbinin Azərbaycanda təşkil olunmuş təlim-məşq toplanışına həsr edilmiş mətbuat konfransı keçirilib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin baş marketinq direktoru Aynur Abjanova, "Mançester Yunayted" klubunun sabiq futbolçusu Denis İrvin, təlim-məşq toplanışına cəlb olunmuş Tamerlan Rizvanovun atası Elşən Rizvanov və qızlardan ibarət "Mingəçevir" komandasının baş məşqçisi İlqar Hüseynov iştirak edib (toplanışda olan 32 uşaqdan biri qızdır və o - Mirzəliyeva Nigar "Mingəçevir" komandasının üzvüdür).
 
Tədbir iştirakçıları layihənin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və bu toplanışda iştirak edən uşaqların gələcəkdə Azərbaycan futbolunun inkişafına böyük töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.
 
Elxan Məmmədov (AFFA-nın baş katibi): "Bu, çox gözəl bir layihədir. Məşq prosesin izləyərkən fərəh dolu həyəcan hissi keçiririk. Son 2 həftə ərzində Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt və nəhayət, Bakı şəhərində keçirilmiş seleksiya prosesində müvafiq yaş qrupuna daxil olan - 2001-2005-ci il təvəllüdlü - ən istedadlı uşaqlar seçilib və bu təlim-məşq toplanışına cəlb olunub. Hesab edirəm ki, seçim prosesi çox ədalətli şəkildə aparılıb. Toplanışa "Mançester Yunayted" klubunun ezam etdiyi məşqçilər rəhbərlik edir, məşqlər biləvasitə onlar tərəfindən keçirilir. Bu uşaqların arasında da ən istedadlıları müəyyənləşdirilərək AFFA və Bakcell şirkətinin birgə layihəsi əsasında Avropanın tanınmış klublarına göndəriləcək.
3 aydan artıqdır ki, bu layihənin hazırlıq işləri aparılırdı. Sevindirici haldır ki, artıq layihənin icrasına başlamışıq.
Valideynlər də bu toplanışa böyük maraq göstərir, məşq prosesini izləyirlər
Ümidvarıq ki, bu layihə ölkəmizdə uaq futbolunun inkişafında, istedadlı uşaqların peşəkar futbolçu kimi yetişməsində müstəsna rol oynayacaq".
 
Aynur Abjanova (Bakcell şirkətinin baş marketinq direktoru): "Azərbaycanda futbolun inkişafına böyük diqqət və qayğı ilə yanaşan Bakcell şirkəti AFFA və "Mançester Yunayted"lə birgə iki böyük layihəni həyata keçirməkdədir. "Mançester Yunayted" Yay Futbol Məktəbinin təşkil edilməsi Azərbaycan futbolunun gələcəyi üçün mühüm bir sərmayədir və biz bu prosesdə iştirak etməkdən çox məmnunuq. Biz əminik ki, Bakıda və ölkənin digər refionlarında yaşayan bu uşaqlar böyük potensiala malikdirlər. İyununun 11-22 araında keçirilmiş seçim turu buna əyani sübutdur. Əminəm ki, bu 32 nəfərin arasında gələcəkdə Azərbaycanın məşhur futbolçularına çevriləcək uşaqlar var".

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
22:45

"Zirə"yə alqış düşür" - Qurban Qurbanov 

22:30

"Bu oyun böyüməyimizə imkan verəcək" - Rəşad Sadıqov 

21:58

Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

21:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

20:17

Maksim Medvedev karyerasını başa vurdu

20:00

"Şamaxı" Ramiz Məmmədovla bağlı qərar verdi

19:20

Toni Kroosun varisi bilindi - "8 nömrə"ni ona verəcəklər

18:33

"Sevilya"da yeni baş məşqçi - RƏSMİ

17:47

U-21-in heyətində dəyişiklik

17:24

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu

16:50

"Qrupdan çıxmaq məqsədimiz yoxdur" - İordaneski

15:57

Ronaldu Naço ilə Kazemironu "dilə tutur"

15:18

"İnanıram ki, Peres mənimlə müqaviləni yeniləyəcək" - Vinisius

14:45

"Real"da eqolu futbolçu yoxdur" - Ançelotti 

14:00

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

13:40

Joze Mourinyu "Fənərbağça"nın yeni baş məşqçisidir - RƏSMİ

13:00

Daha bir Azərbaycan boksçusu Paris-2024-də

12:33

Final oyununa təyinatlar bilindi

12:24

Qəbələdə beynəlxalq turnir keçirilir

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

Facebookdan bizi izləməyi unutmayın.
X