"BAL LİNE" şirkətinin rəsmi ticarət markası olan "ETOPAZ" həvəskar futbolun inkişafına dəstəyini davam etdirir.
"Fire League"-da növbəti mərhələ "ETOPAZ"ın baş sponsorluğu ilə keçirilib. Belə ki, liqada 11-ci turun oyun nəticələri məlum olub.
Beləliklə, yarışda qrup mərhələsi başa çatıb.
Xatırladaq ki, play-off mərhələsinin qarşılaşmaları 12 may tarixində Yasamal Sporster arenada keçiriləcək. Final oyunu isə iyun ayının 16-sı baş tutacaq.