Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyi start götürəcək.
Fanat.Az Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə ASTF-nin birgə təşkil edəcəyi yarışa ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar.
“Şüa" İdman Kompleksində keçiriləcək yarışda iki yaş qrupunda – 2005-2008, 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək.
İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində qüvvələrini sınayacaqlar. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.