Superağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson sevdiyi quşun keçmiş sevgilisi tərəfindən bişirilərək yeyildiyini bildikdən sonra həyatının ən ağır zərbəsini alıb. "Rekord.az" xəbər verir ki, bu barədə 46 yaşlı boksçu ABŞ telekanallarının birindəki verilişdə canlı efirdə bildirib.
2005-ci ildə sevgilisi ilə dalaşan Mayk Tayson qızın quşu yeməsini bildikdən sonra keçirdiyi şok anları belə anladıb: “Mətbəxtdə oturub yemək yeyirdi. Mənim gəldiyimi görüb, gülə-gülə, “sənin göyərçinini yeyirəm” dedi. “Çox dadlıdır. Sən də yesən, peşman olmazsan”. Bu hadisədən sonra bir daha onunla danışmadım”, - deyə Mayk Tayson başına gələn hadisəni danışıb.
İdman24.az