UEFA Avropa Liqasının "Benfika" ilə final oyununda komandasının ilk qolunu vuran "Çelsi"nin futbolçusu Fernando Torres tarixə düşüb.
Qol.Az-ın məlumatına görə, ispaniyalı hücumçu həm klubda, həm də milli komandada əldə edilə biləcək bütün kubokları ardıcıl qazanan ilk futbolçu olub.
Torres İspaniya millisi ilə Dünya və Avropa çempionluğunu,"Çelsi" ilə isə Çempionlar Liqasının və Avoliqanın çempionluğunu yaşayıb.